Həcc ziyarətinin qiyməti açıqlandı - 5 750 dollar

Həcc ziyarətinin qiyməti açıqlandı -Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən vətəndaşlar üçün qiymət müəyyənləşib.

Bu barədə Avrasiya.net-ə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edir: "Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək".

Həcc ziyarətinə getmək istəyən vətəndaşlardan aşağıdakı sənədlər tələb edilir:

1.Xarici pasport;

2.Şəxsiyyət vəsiqəsinin surəti;

3.3.5 × 4.5 sm ölçüdə 4 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil;

4.Sağlamlıq haqqında arayış.

Sənəd qəbulu martın 17-dən başlanmaqla QMİ-nin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər