Bakıda 12 yaşlı oğlan itkin düşdü
Dərc olunub:
15-03-2023, 10:27
Bakıda 12 yaşlı oğlan itkin düşüb.
Avrasiya.net-in xəbərinə görə, hadisə martın 9-da paytaxtın Əmircan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü Hacızadə Ülvi Səxavət oğlu saat 13 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsində araşdırma aparılır.