Sizin Reklam Burada

Hindistan səfirliyi Xeyriyyə Bazarı təşkil edəcək

Hindistan səfirliyi Xeyriyyə Bazarı təşkil edəcəkHindistanın Bakıdakı Səfirliyi və Beynəlxalq Qadınlar Klubu (IWC) 11 mart 2023-cü il tarixində Xeyriyyə Bazarını təşkil edəcək.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, tədbirdən əldə olunan bütün gəlirlər Türkiyədəki zəlzələdən zərərçəkənlərə göndəriləcək.

Xeyriyyə Bazarı Badamdarda yerləşən “Hotel Badamdar & Residences” mehmanxanasının (keçmiş “Pullman Hotel”) “Qəbələ” zalında saat 10:00-dan 19:00-dək keçirələcək.

Tədbirdə əl işi məhsulları, o cümlədən xalçalar, rəsmlər, gəlinciklər, şərflər, oymalar, ətirli sabunlar, təbii daşlardan bəzək əşyaları, gümüş zinət əşyaları, toxunma gəlinciklər və başqa məhsulları əldə etmək mümkün olacaq.

Xeyriyyə tədbirinin iştirakçıları həmçinin müxtəlif ölkələrin mətbəxlərinin təamlardan dada, xına ilə naxışlar etdirə və digər əyləncələrdə iştirak edə biləcəklər. İştirakçılar üçün həmçinin lotereya oyunu təşkil olunacaq.

Hindistanın Bakıdakı Səfirliyi və IWC hər kəsi Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım etmək üçün tədbirə qoşulmağa dəvət edir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər