Sizin Reklam Burada

İranda itkin düşən tələbənin anası: “Fars dilini öyrənirdi”

İranda itkin düşən tələbənin anası:İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli fars dilini öyrənirmiş.

Avrasiya.net xəbər verir ki, bu barədə "Report"a onun anası Dilarə Əskərova bildirib.

Onun sözlərinə görə, Fəridin sevdiyi xanım milliyətcə fars olduğu və onunla daha yaxşı ünsiyyət qura bilmək üçün fars dilini öyrənməyə başlayıb:

"Fərid utancaq uşaq olduğu üçün sevdiyi qız və onun milliyəti ilə bağlı məsələləri ailəsi ilə bölüşməyib. O, bu barədə dostları ilə danışırdı. Məsələ barədə biz də Fəridin dostlarından məlumat almışıq".

Dünən Azərbaycanın Almaniyadakı səfirliyi ilə danışdığını deyən D.Əskərova bildirib ki, Fəridlə bağlı hansısa yeni məlumat yoxdur.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Azərbaycan vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər