Sizin Reklam Burada

Demokratik inkişafda siyasi iradə

Demokratik inkişafda siyasi iradəPrezident İlham Əliyevin Milli Məclisə göstərdiyi diqqət millət vəkilləri üçün çox önəmlidir.

Parlament ölkəmizin qanunverici orqanı kimi fəaliyyətini daim ölkəmizin inkişafına yönəldir. 2020-ci ildə Azərbaycanda keçirilən növbədənkanar parlament seçkiləri deynəlxalq təşkilatların da qeyd etdiyi kimi, demokratikliyi ilə diqqət çəkib. Seçkilər demokratiya prinsipləri əsasında ədalətli və şəffaf keçirilib.

Azərbaycan hökuməti bunun üçün lazım olan bütün addımları atıb. Xalq yeni seçilən deputatlara etimad göstərib parlamentə üzv seçib. Prezident İlham Əliyevin Milli Məclisə göstərdiyi diqqət millət vəkilləri üçün çox önəmlidir. VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyev çıxışında yeni seçilən deputatlara öz tövsiyələrini verib:

“Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır”.

Azərbaycanda söz azadlığı və siyasi partiyaların fəaliyyəti gündəlik həyatın tərkib hissəsinə çevrilib. Parlament seçkilərinə siyasi partiyaların böyük marağı müşahidə olunub. Deputatlar Azərbaycanın hüquqi dövlət kimi möhkəmlənməsinə töhfə veririlər. Bu gün Milli Məclis Azərbaycan xalqına layiqli şəkildə xidmət edir.

Azərbaycanın etibarlı tərəfdaş dövlət kimi tanınması uğurlu xarici siyasətin nəticəsidir. Həyata keçirilən çevik və fəal diplomatiyamız Azərbaycanın dostlarının sayını daha da artıb. Xarici siyasətimzin prioritet istiqaməti qonşu dövlətlərlə münasibətlərin normal qurulmasıdır. Azərbaycan regional əməkdaşlığa hər saman üstünlük verib. Bölgədə sülhün, təhlükəsizliyin və əməkdaşlığın dərinləşdirilməsi böyük əhəmiyyət daşıyır. Azərbaycan bu baxımdan səylərini ciddi şəkildə davam etdir. Prezident İlham Əliyevin sözlərinə görə, Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir: “Avropa İttifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq sənədləri vardır. 9 ölkə Avropa İttifaqına üzv ölkələrin üçdə birdir”. Artıq Azərbaycan beynəlxalq təşkilatlardakı fəaliyyətini daha da gücləndirib. Bir sıra beynəlxalq təçkilatlarda Azərbaycanın təşəbbüskarlığı diqqət çəkir.

Azərbaycanın gücü böyükdür və daha da güclü olmaq üçün siyasi iradə nümayiş etdirir, beynəlxalq əməkdaşlığı daha da genişləndirir. Azərbaycan demokratik, dünyəvi, iqtisadi cəhətdən güclü, müasir dövlətdir. Bu istiqamətdə yaxşı nəticələr əldə olunub. Buna baxmayaraq dövlətimiz səylərini davam etdir.

Azərbaycanda islahatlar davamlı olaraq həyata keçirilir. Hazırda siyasi və iqtisadi sahələrdı aparılan islahatlar həm xalqımızın, həm dövlətimizin maraqlarına xidmət edir. Bütün bunlarla yanaşı, çox ciddi struktur və kadr islahatları aparılıb. Cənab Prezident çıxşında deyib ki, dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir: “Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır”.

Azərbaycanda güclü sosial siyasət var. Əsas vəzifələrdən biri kimi əhalinin rifah halının yaxşılaşdırılmasıdır. İldən-ilə yoxsulluğun aradan qaldırılması üçün tədbirlər daha da sürətləndirilir. Qeyri-neft sektorunun inkişafında dinamika müşahidə olunur. Ölkəyə müasir texnologiyalar gətirilir və tətbiq olunur. Azərbaycanda insan kapitalının formalaşdırılması istiqamətində görülən işlər sevindiricidir. Ən əsası dövlətimizin enerji siyasətində milli maraqlarımız təmin olunur. Bütün bunlar Azərbaycanın gələcəyinə nikbinliklə baxmağa əsas verir. Sözün əsil mənasında müstəqil dövlətimiz xalqımızın iradəsi ilə idarə olunur.

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər