Kürdən maddi-mədəniyyət nümunələri tapıldı

Kürdən maddi-mədəniyyət nümunələri tapıldıKür çayının yatağında orta əsrlərə aid maddi-mədəniyyət nümunələri tapılıb.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, Kürün Salyan rayonu ilə Neftçala rayonunun Şorkənd kəndi ərazisindən keçən hissəsində çay quruduğundan yataqdan qədim maddi-mədəniyyət nümunələri aşkar edilib.

Tək və iki qulplu küplər, şirli-şirsiz saxsı qablar və 100-ə yaxın digər məişət əşyaları tapılıb. Tarixi abidələrin orta əsrlərə aid olduğu ehtimal edilir.

Artıq bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan regional idarəsinə məlumat verilib.

Tarixi abidələr aktlaşdırılaraq Neftçala tarix-diyarşünaslıq muzeyinə veriləndən sonra tədqiqat işləri aparılacaq.

Qeyd edək ki, ötən ilin aprelində də Neftçala rayonunun Cəngan, Pirəbbə və Bala Surra yaşayış məntəqələrində Kür çayının sahilində küp qəbirlərıər aşkar edilmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər