Sizin Reklam Burada

MHP sədrindən qadınlara bayram təbriki

MHP sədrindən qadınlara bayram təbrikiMilli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Azərbaycan qadınlarına 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı təbrik məktubu ünvanlayıb.

MHP mətbuat xidməti xəbər verir ki, təbrik mətnində deyilir:

"Əziz xanımlar!

Sizi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir və hər birinizə həyatınızda, işlərinizdə uğurlar diləyirəm.

Qədim və şanlı tarixə malik olan xalqımızın milli birliyinin, həmrəyliyinin kökündə məhz analarımızın, qadınlarımızın milli-mənəvi dəyərlərimizə sonsuz bağlılığı, onların ailə ənənələrimizi daim sədaqətlə yaşatması dayanır. Ana Vətənimizi öz canlarından əziz bilən şəhidlərimizi, qəhrəman qazilərimizi boya-başa çatdıran fədakar analarımız bu gün hamımızın baş tacı və qürur mənbəyidir.

“Cənnət anaların ayağı altındadır” hədisi-şərifi ilə seçilən, fərqlənən mübarək dinimiz də qadınlara yüksək dəyər verir. İslam məntiqi ilə baxsaq, Uca Yaradanın insanlığa bəxş etdiyi ən dəyərli, ülvi varlıq anadır, qadındır. Bu ülviyyəti özündə daşıyan Azərbaycan qadınları müsəlman Şərqində elm, mədəniyyət və s. sahələrdə bir çox ilklərə imza atmaqla tarix yazıblar, tarixdə iz qoyublar. İlk qadın bəstəkardan tutmuş ilk təyyarəçi qadına qədər ən qabaqcıl, ən yenilikçi qadınlar məhz Azərbaycan qadınları olublar.

Bu gün də qadınlarımız idarəetmə, təhsil, səhiyyə, mədəniyyət sahələrində kifayət qədər fəaldır. Biz ölkəmizin inkişafı üçün fədakarlıq göstərən, təmsil olunduğu hər bir sahədə mühüm nailiyyətlər qazanan və eyni zamanda Vətəni qorumaq üçün igid övladlar böyüdən bütün analarımıza, qadınlarımıza təşəkkür edirik. Siz ən gözəl təbriklərə layiqsiniz!

Bayramınız mübarək olsun!

Dərin ehtiramla:
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər