Akşener niyə kefsiz imiş: Detalları açıqladı - Gecə İmamoğlugil bizə gəlmişdi

Akşener niyə kefsiz imiş: Detalları açıqladı - Gecə İmamoğlugil bizə gəlmişdiTürkiyədə "Millət İttifaqı"nın vahid namizədinin açıqlandığı gecə İYİ Partiya sədri Meral Akşenerin niyə kefsiz olduğu və qəmgin üz ifadəsi geniş müzakirələrə səbəb olub.

Avrasiya.net xəbər verir ki, "HaberTürk"də jurnalist Fatih Altaylının verilişinə qonaq olan partiya sədri bunun səbəbini özü açıqlayıb.

"Bu dünyada oğlumdan başqa, həyat yoldaşım da daxil olmaqla, heç kim mənə zorla nəyisə elətdirə bilməz. Sənədə məcburi qol çəkdiyim üçün qəmgin olmağımdan söhbət gedə bilməz. Sadəcə həmin gecə heç yatmamışdım. Mansur Yavaş və Ekrem İmamoğlugil gecə bizə gəlmişdilər. Müzakirələr apardım. Saat 3-ə işləmişə qədər bizdə oldular. Söhbət apardıq, razılaşma əldə olundu. Namizədlə bağlı sənədə də 6 partiya sədri olaraq imza atdıq. Doğru bilmədiyim heç bir sənədə qol çəkmərəm və bundan ötrü də kədərlənmərəm. Sadəcə yuxusuzluq adama pis təsir edir. Həm də zəlzələ olub, təbəssüm etməkdən çəkinirik", - deyə o bildirib.

Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək "Altılı Masa"nı tərk etmişdi. Daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrlərinin vitse-prezident təyin olunması şərti ilə ittifaqa geri qayıdan Akşener CHP sədrinin namizədliyinə razılıq verib. 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər