Sizin Reklam Burada

Koalisiya yeni layihənin icrasına başlayıb

Koalisiya yeni layihənin icrasına başlayıb“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Həssas qrupdan olan qadınların iqtisadi səlahiyyətlərinin artırılması üçün icmaların yaradılması" layihəsinin icrasına başlayıb.

Layihənin məqsədi Azərbaycanda qadınların, xüsusən də, yoxsul və sosial cəhətdən təcrid olunmuş qadınların iqtisadiyönümlü səlahiyyətləndirilməsini və müvafiq qərarların qəbul edilməsində iştirakını təmin etməkdir.

Layihə koalisiya formasında icra olunur. Koalisiyada Gələcək Naminə İctimai Birliyi, Gənc Mühasiblər İctimai Birliyi, Dirçəliş İqtisadi Araşdırmalar Cəmiyyəti yer alır.

Bu məqsədlə Tərtər, Bərdə, Yevlax, Gəncə, İsmayıllı və Qəbələ rayonunda təlimlərin, qadın icmalarının şəbəkələşməsi üçün dəyirmi masaların, "Qadınlar üçün sahibkarlıq və icma forumu”nun keçirilməsi, qadınların sahibkarlıq fəaliyyətinin, onların satış məhsullarının tanıdılması və satışlarının artırılması məqsədilə saytın (www.businesslady.az) və ortaq sosial media hesablarının yaradılması, icmaların təbliği, yararlanan iştirakçıların uğur hekayələrini özündə ehtiva edən sosial çarxın hazırlanması nəzərdə tutulub.

Layihə nəticəsində qadınların maliyyə, biznes, idarəçilik, marketinq və satış bacarıqları artacaq, yaradılan icma nəticəsində qadınların, xüsusən də həssas qrupdan olan qadınların icma vasitəsilə iqtisadi səlahiyyətlərinin artırılması, qarşılaşdığı problemlərin qısa zamanda həlli, öz bizneslərini qurmaq, müvafiq beynəlxalq və yerli təşkilatlar, dövlət qurumları, şirkətlərlə əlaqələndirmə baş tutacaq. Dəyirmi masalar vasitəsilə icmalar arasında şəbəkələşmə və əlaqəndirmə yaradılacaq, ortaq platforma vasitəsilə qadınların sahibkarlıq fəaliyyəti dəstəklənəcək, sosial çarx vasitəsilə qadınların fəaliyyətində icmaların rolu təbliğ ediləcək. Layihənin məqsədinə uyğun olaraq layihə bitdikdən sonra da icmalar vasitəsilə şəbəkələşmə prosesi davam edəcək, həmçinin yaranacaq problemlərin həllində bu icmalar fəal rol oynayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər