Sizin Reklam Burada

İran Hacı Şahinin ölümündən bu cür istifadə edir - Şok

İran Hacı Şahinin ölümündən bu cür istifadə edir - ŞokProseslərin təhlili göstərir ki, Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda İran geriyə addım atmaq niyyətində deyil. Bu gün əsas hədəf və niyyət müxtəlif yollarla Azərbaycana təzyiqləri artırmaq, Azərbaycanın mövqeyinin dəyişməsinə nail olmaqdır.

Avrasiya.net xəbər verir ki, bu sözləri deputat Ceyhun Məmmədov qeyd edib. Onun sözlərinə görə, təxribatlar məqsədlə İran bir neçə istiqamətdə ciddi iş aparır.

C.Məmmədov daha çox din və təhlükəsizliklə bağlı məsələlərə diqqət çəkib:

“Bu gün İran Azərbaycanda dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir imkanlarını daha da gücləndirmək üçün bütün potensialını ortaya qoyub. Əvvəl də qeyd etmişdim ki, Hacı Şahinin bir sıra məsələlərdə Azərbaycanın hökumətinin mövqeyini dəstəkləməsi, səfirliyə təşkil olunan hücumu pisləməsi İran rəsmi dairələrində çox ciddi qıcıq doğururdu. İranın yanaşması belə idi ki, Hacı Şahinin bu mövqeyi Azərbaycan şiələrinin dövlətə qarşı vahid mövqedən çıxış etməsinə mane olur. Ona görə tez-tez Hacı Şahin bir sıra dini qrupların hədəfinə çevrilərək xəyanətdə və hakimiyyətə işləməkdə günahlanıdırılırdı. Bu təbliğat, ona qarşı psixoloji təzyiqlər son illər davamlı xarakter almışdı.

Bu gün İran yenidən Hacı Şahinin dünyasını dəyişməsindən istifadə edərək Azərbaycan şiələrinin hakimiyyət əleyhinə vahid mövqe nümayiş etdirməsinə nail olmaq üçün bütün gücünü və potensialını ortaya qoyub. Yeni tezis isə belədir: bütün ixtilaflar kənara qoyulmalı, Azərbaycan dövlətinə qarşı müqavimət gücləndirilməlidir. Burada həm də yeni taktikadan istifadə olunur. Əvvəlki dövrlərdə Hacı Şahini sərt tənqid edən qruplar indi yeni yanaşma nümayiş etdirirlər. Onun elektaratını ətraflarına toplamaq üçün ona rəhmət oxuyur, dünyasını dəyişməsinə sevinmədiklərini, bütün şiələrin vahid mövqe nümayiş etdirməsinin vacib olduğunu israrla qeyd edirlər”.

Deputat bildiririb ki, dini fəaliyyət sahəsində islahatları daha da sürətləndirməliyik:

"Ən qısa müddətdə Məşədi Dadaş məscidinə mötədil mövqeyə malik nüfuzlu şiə din xadimi təyin etməliyik. Eyni zamanda, bu prosesi Bakıda və bölgələrdə fəaliyyət göstərən digər şiə məscidlərində də sürətləndirməliyik. Əks halda, sonrakı günlərdə prosesləri idarə etmək çox çətin olacaq. Hazırkı məqamda hadisələri qabaqcadan proqnozlaşdırmaq və qarşısını almaq çox önəmlidir.

Onu da qeyd etmək lazımdır ki, buna paralel olaraq İran Azərbaycanla bağlı hədəflərinə nail olmaq üçün bir neçə istiqamətdə də ciddi iş aparır. Yeni planlardan biri də daxildə sabitliyi pozmaq və Azərbaycanın güclənməsinin qarşısını almaq üçün müxtəlif yerlərdə ardıcıl terror hadisələri törətməkdir. İran uzun illər ərzində ölkə ərazisində çoxlu minalar basdırıb. Bu prosesə hüquq mühafizə orqanlarımız çox ciddi hazır olmalıdır. Peşəkar səviyyədə bütün potensial təhlükə mənbələri ən qısa müddətdə müəyyənləşdirilərək zərərləşdirilməlidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər