Sizin Reklam Burada

DİN-dən feministlərə XƏBƏRDARLIQ

DİN-dən feministlərə XƏBƏRDARLIQDaxili İşlər Nazirliyi (DİN) martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirməyi planlaşdıran feministlərə xəbərdarlıq edib.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Modern.az-a açıqlamasında bildirib ki, icazəsiz keçirilən aksiya qanunsuz hesab olunur.

"Əlbəttə, aksiya üçün icazə verilməyibsə, onun keçirilməsi qanunsuzdur. Qanunsuz aksiyanın qarşısı alınacaq",- DİN rəsmisi xəbərdarlıq edib.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti feminist fəalların martın 8-də qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilməsi barədə müraciətinə cavab verib. Rəsmi cavab məktubunda aksiyanın keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib. Buna səbəb kimi, müraciət edilən ərazilər paytaxt sakinləri və qonaqların ən çox istifadə etdiyi istirahət yerləridir və orada ictimai iaşə, xidmət, əyləncə obyektləri mövcuddur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər