Sizin Reklam Burada

Özbəkistanın nümayəndə heyəti “AzerGold” QSC-nin qonağı olub

Özbəkistanın nümayəndə heyəti “AzerGold” QSC-nin qonağı olub“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Özbəkistan Prezidenti yanında Strateji İslahatlar Agentliyinin Strateji müəssisələrin transformasiyasının əlaqələndirilməsi departamentinin rəhbəri Mansurxoca Yusupxocayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə iştirak edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev qonaqları salamlayaraq, ötən ay Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumunu məmlunluqla xatırlayıb.

Forum çərçivəsində “AzerGold” QSC ilə və Özbəkistanın Dağ-mədən İşi və Geologiya Nazirliyi arasında imzalanan Anlaşma və Razılaşma Memorandumunun iki dost-qardaş ölkənin dağ-mədən sənayesi sahəsində geniş əməkdaşlıq perspektivləri açdığını diqqətə çatdırılıb.

X.Fərzəliyev Cəmiyyətin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər barədə qonaqlara ətraflı məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən Mansurxoca Yusupxocayev mütəmadi olaraq keçirilən bu tip görüşlərin əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Qonaq hər iki ölkə arasında dərinləşən iqtisadi əlaqələrdən bəhs edib, ölkəsinin Azərbaycanda aparılan iqtisadi islahatlar təcrübəsinin öyrənilməsində maraqlı olduğunu qeyd edib.

Özbəkistan Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyi yanında Dövlət Vergi Komitəsinin İri Vergi Ödəyiciləri ilə İş üzrə Regionlararası Müfəttişliyinin rəisi Feruz Əhmədov Özbəkistanda icra edilən vergi islahatları və onun biznesin, xüsusilə sənayenin inkişafına təsiri barədə danışıb.

Daha sonra iki ölkə arasında dağ-mədən sektoruna investisiyaların cəlb olunması üçün vergi qanunvericiliyi sahəsində məlumat mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb. Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər