Sizin Reklam Burada

"Təhlükəsizlik məsələlərinə diqqəti daha da artırmalıyıq"

"Təhlükəsizlik məsələlərinə diqqəti daha da artırmalıyıq"Martın 4-də paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində baş verən silahlı hücum bütün cəhətləri ilə məhz terror aktı kimi dəyərləndirilməlidir. Bu cür yüksək hazırlıq və peşəkarlıqla həyata keçirilən qanlı hadisəni başqa cür tövsif etmək mümkün deyil. Hadisəni törədənlərin "Kalaşnikov"dan arxayın surətdə istifadə etməsi, inkassatora hücumun xüsusi soyuqqanlılıqla icra edilməsi və daha sonra isə onların heç bir çətinlik çəkmədən şəhərin izdihamlı yerlərindən birində gizlənməsi də bir daha onu göstərir ki, bu hücum öncədən diqqətlə və xüsusi plan əsasında hazırlanıb.

Hiss olunur ki, bu teraktı törədənləri xüsusi olaraq təlimatlandırıb hazırlaşdıran hansısa gizli bir mərkəz var. Diqqəti cəlb edən ilkin əlamətlərdən də görünür ki, bu hadisə sıradan bir vətəndaşın, hansısa bir xırda xuliqanın törədə biləcəyi adi cinayət deyil. Onu da nəzərə almalıyıq ki, bir sıra qonşu ölkələrdən fərqli olaraq Azərbaycanda ümumiyyətlə, silahlı hücum şəklində cinayət törətmək ənənəsi demək olar ki, yoxdur.

Bu arada dünənki hücumu həyata keçirən cinayətkarlardan birinin sosial şəbəkə hesabındakı iranpərəst paylaşımları da diqqətdən yayınmamalıdır. Azərbaycanda hökm sürən sabitliyi və əminamanlığı pozmaq istəyən bədxah qonşularımız öz mənfur niyyətlərini həyata keçirmək üçün hər an əlverişli məqam gözləyirlər. Ona görə də önləyici tədbirlərin görülməsinə, təhlükəsizlik məsələlərinə diqqəti daha da artırmalıyıq.

Hüquq-mühafizə orqanlarımızın operativ əməliyyat tədbirləri sayəsində silahlı hücumu törədən cinayətkarlardan birinin zərərsizləşdirilməsi, digərinin isti izlərlə həbs edilməsi isə təqdirəlayiq haldır. Silahlı hücum nəticəsində həyatını itirən qazi Rüfət Həşimovun yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralanan şəxsə isə Allahdan şəfa diləyirik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər