Hacı Şahinin həyat yoldaşı: "Mən elə düşünürdüm ki, sən..." - FOTO

Hacı Şahinin həyat yoldaşı: "Mən elə düşünürdüm ki, sən..." - FOTO"Bu da son. Bizim üçün son, bizim üçün bitiş, bizim üçün ən axır dayanacaq...Sənin üçün isə yeni bir başlanğıc, yeni dostlar, layiq olduğun mühit, layiq olduğun sirdaşlar..."

Bunu ötən gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişən Qafqaz Müsəlmanları İdarəsinin Qazilar Şurasının üzvü, ilahiyyatçı Hacı Şahinin həyat yoldaşı Aytən Həsənzadə sosial şəbəkə hesabında qeyd edib.

"İndi yanında Əhli Beyt, peyğəmbər dostları var. Bir ömür İmam Hüseyn dedin, indi tut ağanın əllərindən ürəyin əbədi gülsün... Əsl dostların yığılıb indi ərtafına...

Amma biz dostsuz, sirdaşsız qaldıq axı, Hacı. Üzü dönsün ayrılığın, dost itirmək nə ağır acı imiş. Mən bu həyatda nə uğur qazanmışamsa, sənin məsləhətlərinə qulaq asaraq, sənin düsturlarına əməl edərək qazanmışam.

Kitabı, islamı, insanları, insanlığı, yaxşılığı, mərhəməti bizə sevdirən insan. İndi sayəndə ölümü də sevməyə başladıq, haqqını halal et bizə.

Mən elə düşünürdüm ki, sən 90 yaşında da o minbərdə ağ saç, ağ saqqalınla xütbələr edəcəksən.

Allah səni şəfaət mərtəbəsinə ucaltsın, bizim hamımızı şəfaət edəsən. Allah sənə rəhmət eləsin" , - deyə Hacı Şahinin xanımı qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər