Komitə sədri yazarlarımızı TƏBRİK edib

Komitə sədri yazarlarımızı TƏBRİK edib
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 3 mart Ümumdünya Yazıçılar Günü münasibətilə Azərbaycan yazıçılarını təbrik edib.

Təbrikdə deyilir:

Dəyərli dostlar!
3-mart Ümumdünya Yazıçılar Günü kimi tarixə düşüb və bayram kimi qeyd olunur. Bu gün münasibəti ilə bütün yazarlarımızı təbrik edirəm.

Maraqlı tarixi olan bu bayram 1921-ci ildən PEN klub tərəfindən (bu ad ingiliscə üç sözün poets (şair), essayists (oçerkçi) və nvelists (novella, roman müəllifi) – ilk hərflərindən yaranan qısaltmadır) qeyd olunmağa başlayıb.

PEN klubun ilk beynəlxalq konqresi isə 1923-cü ildə Londonda keçirilib. 1986-cı il yanvarın 12-dən 18-dək PEN klubun sayca 48-ci beynəlxalq konqresi baş tutub. Məhz həmin tədbirin iştirakçıları mart ayının 3-nü “Yazıçı”nın “Ümumdünya Sülh Günü” elan edilməsi barədə qərar qəbul ediblər. Həmin vaxtadək artıq dünyanın yüzdən çox ölkəsində PEN mərkəzləri fəaliyyət göstərirdi. Bir sıra ölkələrdə bu bayram sadəcə “Yazıçı Günü” adlanır və bir növ daha çox fərqlənmiş ədibləri təbrik etmək və mükafatlandırmaq üçün münasib gün kimi qeyd olunur.

30 oktyabr 1997-ci il tarixdə Azərbaycan Yazıçilarının 10-cu Qurultayında dahi lider Heydər Əliyev nitqi zamanı fikirlərini belə söyləmişdi: "Azərbaycanda yazıçı daim böyük hörmətə layiq olmuşdur. Bu, bizim tarixi ənənəmizdir, əcdadlarımızdan gəlib bizə çatmış gözəl bir xüsusiyyətdir. Bu da təsadüfi deyil. Çünki bizim xalqımız birincisi, öz istedadına görə şair, yazıçı, söz ustası olubdur. İkincisi, bizim xalqımız çox əsrlik tarixində böyük şairlər, yazıçılar, mütəfəkkirlər yetişdiribdir. Xalqımızın tarixi çox zəngindir.

Ancaq biz tariximizin qədim dövrlərini xatırlayarkən, yaxud onları cəmiyyətə, dünyaya daha geniş çatdırmaq istəyərkən, birinci növbədə və bəzən də yalnız mədəniyyətimizə, mədəniyyət, ədəbiyyat xadimlərinin yaratdığı əsərlərə, tarixi-memarlıq abidələrimizə və böyük şairlərimizin, mütəfəkkirlərimizin yazdığı əsərlərə istinad edirik.

Biz Nizaminin, Xaqaninin, Nəsiminin, Füzulinin adlarını böyük iftixar hissi ilə çəkirik və onların əsərlərini oxuyaraq xalqımızın nə qədər dahi, müdrik və istedadlı xalq olduğunu bir daha dərk edirik. Eyni zamanda dünya, bəşər qarşısında bunlarla fəxr edirik, öyünürük. Öyünməyə də haqqımız var. Çünki bu böyük insanlar nəinki xalqımızı, bütün bəşəriyyəti, bəşər tarixini zənginləşdirən əsərlər yazmışlar. Onlardan sonra gələn nəsillər də bu ənənəni, xüsusiyyəti davam etdirmişlər.

Ona görə də tariximizin hansı əsrinə, hansı səhifəsinə baxsan orada şairlərin, yazıçıların, mədəniyyət xadimlərinin izlərini, əsərlərini görəcəksən. Bu, xalqımızda bu gün, dünən deyil, əsrlərdən əsrlərə keçib gələn bir ənənədir, şeirə, şairə, söz ustasına, zəkalı insana həmişə hörmət, böyük ehtiram olubdur".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər