Ağcabədi polis rəisi cəzalandırıldı

Ağcabədi polis rəisi cəzalandırıldıAğcabədi rayon Polis Şöbəsinin rəisi cəzalandırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) ötən ilin yekunlarına dair hesabatında bildirilib.

Hesabatda qeyd edilir ki, ərizəçi Ombudsmana müraciət edərək, övladının Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 3 gün həmin şöbədə qanunsuz olaraq saxlanıldığını və bu müddət ərzində pis rəftara məruz qaldığını bildirib, məsələnin obyektiv araşdırılmasında və həmin polis əməkdaşları barəsində qanuni tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş edib.

Şikayətlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış müraciətə verilmiş cavabda inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra məhkəməyə göndərmədiyi üçün Ağcabədi Rayon Polis Şöbəsinin rəisi barəsində İnzibati Xətalar Məcəlləsinin 596.2-ci maddəsi ilə inzibati icraat başlanaraq vəzifəli şəxsin intizam məsuliyyətinə cəlb edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Daxili İşlər Nazirliyinə təqdimat göndərildiyi bildirilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər