Səbuhi Səlimov məhkəmə iclası gedərkən öldü

Səbuhi Səlimov məhkəmə iclası gedərkən öldüBakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə ittiham edilərək, 17 il müddətinə azadlıqdan məhrum edilmiş Səbuhi Səlimov məhkəmə zalında ürək tutmasından vəfat edib.

Səbuhi Səlimovun ailəsindən “Amerikanın Səsi”nə martın 2-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Həsən Məmmədovun sədrliyi ilə keçirilən iclaada Səlimov barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmününün qüvvədə saxlandığı bildirilib.

Bu qərardan sonra S.Səlimovun vəziyyəti pisləşib və o, məhkəmə zalındaca keçinib.

Qeyd edilib ki, o, bundan əvvəlki qərara etiraz olaraq aclıq aksiyası keçirib və 1 martda aksiyanı dayandırıb.

Səbuhi Səlimov 2022-ci il noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətə azadlıqdan məhrum edilib.

Səlimov ötən il Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İttihama görə, Səbuhi Səlimov İran xüsusi xidmət orqanı olan SEPAH-la əməkdaşlıq edib, SEPAH rəhbərlərindən təlimatlar alıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər