“Tərtər işi” üzrə daha bir hərbçiyə cinayət işi açıldı

“Tərtər işi” üzrə daha bir hərbçiyə cinayət işi açıldı“Tərtər işi” ilə bağlı daha 5 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, həmin şəxslər general-mayor Bəkir Orucov, Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovdur.

İttiham olunan Rəşidov Ülvi Nazim oğlu mayordur. O, 2-ci Ordu Korpusunda çalışıb. Ülvi Rəşidovun cinayət məsuliyyətinə cəlb olunması barədə əvvəllər məlumat yayılmayıb.

Xəbərə görə, onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, barəsində istintaq dövründə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq başa çatıb. İş yaxın günlərdə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndəriləcək.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub.

Təqsiləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər