ATU-nun klinikasının direktoru istefa verdi
Dərc olunub:
1-03-2023, 13:47
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının direktoru professor Surxay Novruz oğlu Musayev vəzifəsindən istefa verib.
Avrasiya.net "Qaynarinfo"ya istinadən xəbər verir ki, universitetin rektoru Gəray Gəraybəyli Surxay Musayevin istefasını qəbul edib.
Məlumata görə, 2020-ci ilin 26 martında bu vəzifəyə təyin olunan Surxay Musayevin istefa verməsinin səbəbi aylardır tibb işçilərinə əmək haqlarının verilməməsidir.
Son xəbərlər
