Sizin Reklam Burada

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdı

Bəxtiyar Hacıyev aclıq aksiyasını dayandırdıHazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə aclıq aksiyasını dayandırıb.

Avrasiya.net xəbər verir ki, onun vəkili Aqil Layıc məlumat verib.

“Müəssisə rəisi ilə görüşdük. Rəis ona reabilitasiya üçün lazımı şəraitin yaradılacağını, həkim təhkim edəcəyini dedi. Birazdan Bəxtiyar ilkin mərhələdə qida qəbul edəcək”, - deyə o bildirib.

Qeyd edək ki, fevralın 23-də istintaq orqanının təqdimatı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 aya qədər uzadılıb.

Bundan əvvəl isə yanvarın 21-də Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 28 fevral 2023-cü il tarixinədək uzadılmışdı.

Xatırladaq ki, ötən ilin dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi başlanıb.

Daha sonra ona Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittiham verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər