Sizin Reklam Burada

Azərbaycanda notariusun bu xidməti pulsuz olacaq

Azərbaycanda notariusun bu xidməti pulsuz olacaqAzərbaycanda sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə etibarnamə vermək üçün dəvət olunan notarius onlardan nəqliyyat xərcini tələb edə bilməz.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Notariat haqqında” Azərbaycan Respublikasının qanununa dəyişiklikdə öz əksini tapıb.

Hazırda notarius iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərcləri maraqlı şəxslər tərəfindən ödənilir. Mülki Məcəlləyə təklif olunan dəyişikliyə görə sosial xidmət müəssisələrinin müdiriyyətinin etibarnamə vermə səlahiyyəti məhdudlaşdırıldığından və notarius xidmətinə ehtiyacın yarana biləcəyindən qanuna müvafiq dəyişiklik edilməsi zərurəti yaranır.

Belə ki, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə etibarnamə vermək üçün dəvət olunan notarius onlardan nəqliyyat xərcini tələb edə bilməz. Notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməz.

Qeyd edək ki, Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən Azərbaycanda əhalinin sosial müdafiəsi müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq sosial xidmət orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri ləğv edilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər