Ağsaqqallar Şurasının üzvləri Xocalı abidəsini ziyarət ediblər

Ağsaqqallar Şurasının üzvləri Xocalı abidəsini ziyarət ediblərXocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevral ayının 26-da Azərbaycan Ağsaqqallar Şurasının üzvləri faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Ziyarətə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, müavinlər – millət vəkili, professor Eldar İbrahimov, Bayram Yusifov, İdarə Heyətinin üzvləri – millət vəkili, professor Aqiyə Naxçıvanlı, professor İbrahim Quliyev, Şuranın Aparat rəhbəri Ramin Həsənli, böyük məsləhətçi-hüquqşünas Kamal Əliyev, təşkilatın məsul əməkdaşı Elşad Quliyev, şəhid atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, həmçinin Bakı şəhərinin digər rayonlarının Ağsaqqallar Şuralarının sədrləriqatılıblar.

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ziyarət zamanı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başladılan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə davam etdirilən Xocalı soyqırımına beynəlxalq aləmdə hüquqi-siyasi qiymətin verilməsi prosesi dövlətimizin xarici siyasətinin əsas prioritetlərindən biridir. “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanaraq bu soyqırımı törədənlərin layiqli cəzalarını verib, yalnız Xocalı qurbanlarının deyil, bütün şəhidlərimizin qisasını alıb” – deyə Eldar Quliyev əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər