Sizin Reklam Burada

Gömrük Akademiyasında Xocalı şəhidləri anılıb - FOTOLAR

Gömrük Akademiyasında Xocalı şəhidləri anılıb - FOTOLARDövlət Gömrük Komitəsinin Akademiyasında 26 Fevral - Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədrinin müavini Natiq Şirinov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru cənab Qulu Novruzov, DGK-nın Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Fuad Aslanov, Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix elmləri namizədi Boran Əziz, Şuşa fatehləri Cavid Həsənov və Famil Fərəcov, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.

Avrasiya.net xəbər verir ki, tədbir Xocalı soyqırımı qurbanlarının və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir iştirakçılarını salamlayan Akademiyanın rəisi Qulu Novruzov Xocalı soyqırımının 31 il bundan öncə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü zamanı mülki əhaliyə qarşı törədilən ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb. Q. Novruzov Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində bütün şəhidlərimiz kimi, Xocalı şəhidlərinin də qısasının alındığını bildirib. Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında gənclərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Akademiya rəisi çıxışının sonunda bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Tədbirdə əsas məruzəçi qismində çıxış edən tarix elmləri namizədi Boran Əziz Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşiliklərdən, soyqırımla bağlı tarixi faktlardan söz açıb. Həmin dövrü tarixi aspektlərdən təhlil edən natiq bu soyqırımın Azərbaycan xalqının müstəqillik qurmaq niyyətinin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.

Daha sonra tədbir Akademiyanın tələbələrinin ifasında ədəbi-musiqili kompozisiya ilə davam edib.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər