Sizin Reklam Burada

Güneyli fəaldan SOS: “Dilimiz yoxa çıxır...” - Azərbaycan dövlətinin etməli olduqları

Güneyli fəaldan SOS: “Dilimiz yoxa çıxır...” - Azərbaycan dövlətinin etməli olduqları“İranda yaşayan Güney azərbaycanlıların dili məhv olmağa doğru gedir və biz onu qoruya bilmirik. Xalqın müəyyən hissəsi özü könüllü olaraq öyrənib. Qalanlarında isə oyanışın çox təsiri yoxdur. Dillərində fars sözlərinin artmasının şahidiyik”.

Bu sözləri Axar.az-a güneyli fəal Kürşad Ağdərəli Beynəlxalq Ana Dili Günü ilə bağlı danışarkən deyib.

O, İranda yaşayan digər türk xalqlarının da dillərinin məhv olmaq üzrə olduğunu bildirib: “İrandakı türklər fars sisteminin ”əritmək" siyasətinə daha çox məruz qalırlar. Xüsusilə də böyük şəhərlərdə. Texnologiyanın, internetin ortaya çıxdığı dönəmdən farsmərkəzli hakimiyyət istər radio, istər televiziyada, xüsusilə də məktəblərdə “əritmək siyasətini” çox şiddətli biçimdə gerçəkləşdirir. Biz deyə bilmərik ki, ana dilimizi qoruya bilirik. Yox, yetərincə deyil. Amma dirəniş göstərilir. Ziyalı, türk mərkəz düşüncəsinə malik, öz kimliyinə sadiq olan insanlar vasitəsi ilə könüllü olaraq mücadilə aparılır. Az-çox öz tariximizi öyrənməyə qəzetlər və dərgi çıxıb, kitablar yazılıb. Son vaxtlar isə dilimizin vəziyyəti çox acınacaqlı durumdadır. 10-15 il bundan öncəyə qədər ucqar yerlərdə daha sağlam, daha təmiz Azərbaycan türkcəsi danışılırdı".

Güneydə dilimizə təhlükə doğrudanmı bunca ciddidir? Azərbaycan dövləti, onun ictimai-siyasi qurumları, media və KİV-lər nə edə bilər? Sözdən işə keçməyin vaxtı çatmadımı?

Xatırladaq ki, ötən ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyev ADA-dakı çıxışı zamanı bu mövzuda danışarkən demişdi: “Biz öz həyat tərzimizi, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların dünyəvi inkişafını təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır. Mən başqa bir misal da gətirə bilərəm. Azərbaycanda 340 məktəbdə tədris rus dilində aparılır. Azərbaycanda 10 gürcü məktəbi var. Gürcüstanda 200-300 minə yaxın azərbaycanlı yaşasa da, burada 116 Azərbaycan məktəbi vardır. İranda erməni məktəbləri var, ancaq Azərbaycan məktəbləri yoxdur. Bu necə ola bilər? Kimsə desə ki, bu, başqasının işlərinə qarışmaqdır, biz bunu qəti şəkildə rədd edirik. Bu, başqasının işlərinə qarışmaq demək deyil. Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Amma bu, bizimlə eyni etnik mənşəyə, eyni dilə və eyni dəyərlərə sahib olan cəmiyyətin bir hissəsidir. Biz buna axı necə biganə qala bilərik? Niyə məktəblərdə öz dillərini öyrənə bilmirlər? Bilirsiniz, onlar dili itirirlər. Problem ondadır, biz bu məsələni ona görə qaldırırıq ki, İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Bu məsələlərə baxılmalı və bu məsələ qaldırılmalıdır, həm də ona görə ki, bu, bizi narahat edir”.

Ötən zaman ərzində bu yöndə hansısa işlər görülübmü? Güneydə dilimizi qorumağın əsas yolu məktəblərin açılmasıdır. Bəs ona qədər başqa nə edə bilərik? Məsələn, belə bir təklif səslənmişdi ki, bu taydakı güneyli tələbələrin sayı artırılsın və onların təhsil xərclərini Azərbaycan dövləti öz üzərinə götürsün.

Tanınmış şair, yazıçı, nasir-tərcüməçi Seyran Səxavət “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Mən dəfələrlə Mətbuat Şurasında, Yazıçılar Birliyində, AMEA-nın Dilçilik İnstitutunda, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində məruzələr etmişəm. Məruzəmin adı belə idi: ”Cümlə qurmaq dövlət qurmaq qədər çətindir". Azərbaycan dili Quzey Azərbaycanda reanimasiyadadır. Azərbaycan dilini məhv edənlərin başında Azərbaycan televiziyaları dayanır. Yazılı mətbuat, tərcümə filmləri, tərcümə kitabları və s. kifayət qədər mənfi təsirə malikdir. Azərbaycan Konstitusiyasında yazılıb: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir”. Belə getsə, o maddədəki cümlə dəyişdirilib “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan televiziya məkanının dilidir”. Televiziyanın dili xalqın dilinə bilavasitə təsir edir. Məsələn, bir neçə nümunə çəkim: telefonuma zəng daxil oldu; anam qəzaya düşmüşdü, ona baxış keçirdim; marallar hamilə olur. Bu, dəhşətdir. Öncə ölkəmizdə dilimizi dirçəltməliyik".

S.Səxavət güneyli tələbələrin sayının artırılması, onların təhsil xərclərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi ilə bağlı təklifi müsbət dəyərləndirir: “Bu, dili qorumaq, onu inkişaf etdirmək üçün yaxşı təklifdir. Cənubi Azərbaycanla Şimali Azərbaycan birləşəndə dil özünü tənzimləyəcək, cilalayacaq və qoruyacaq. Dili qorumağın ən gözəl yolu onu çirkləndirməməkdir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər