Şabran rayonunda anım tədbir keçirilib - Fotolar
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar 24 fevral 2023-cü il tarixdə Şabran rayonunda anım tədbir keçirilib.
Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir çərçivəsində ilk öncə şəhərin Şəhidlər Xiyabanı ziyarət olunmuş, şəhidlərin xatirəsinə ucaldılan Abidə kompleksinin önünə gül dəstələri qoyulub. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub, məzarları üzərinə gül-çiçək dəstələri düzülərək əziz xatirələri böyük ehtiramla yad edilib.