Sizin Reklam Burada

"Ana harayı" kompleksi ziyarət edilib - Fotolar

"Ana harayı" kompleksi ziyarət edilib - Fotolar"Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının və Respublika Veteranlar Təşkilatı-nın birgə təşkilatçılığı ilə "Ana harayı" kompleksi ziyarət edilərək, eyni zamanda Xocalı soyqırımını anmaqla yanaşı bir ailədən üç Şəhid vermiş Aslanovlar qardaşlarının "Anım günü" tədbiri keçirildi.

“Dayaq" Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının və Respublika Veteranlar Təşkilatının idarə heyəti, fəal üzvüləri, şəhid ailələri və Qarabağ qaziləri Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış “ANA HARAYI” abidə kompleksinin önünə gedərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Xocalı şəhidlərini dərin hörmət və ehtiramla ziyarət edib, abidənin önünə əklil və tər qərənfillər düzdülər.

Daha sonra Respublika Veteranlar Təşkilatının inzibati binasında tədbir davam etdirildi. Respublika Veteranlar Təşkilatının sədr müavini, Cəlil Xəlilov, Dayaq Təşkilatının sədri Qalib Əliyev, sədr müavini Məcid Məmmədov, şəhid Xəqani Aslanovun övladları Sadiq Aslanov və Cəsarət Aslanov qardaşları, Şəhid ailələri, Qarabağ qaziləri, ictimaət nümayəndələri çıxış edərək Xocalı soyqırımını törədənləri qətiyyətlə pisləmiş, erməni silahlı birləşmələri tərəfindən törədilmiş bəşəri cinayətin dünya ictimaiyyəti tərəfindən tanıdılması istiqamətində hər bir siyasi partiyaların, diaspora təşkilatlarının milli QHT və KİV-lərin dünyada olduqca vacib olan informasiya müharibəsində səfərbər olmağının vacibliyindən danışdılar.

Xocalı Faciəsinin qurbanlarını ehtiramla yad edirik!






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər