Sizin Reklam Burada

Flora Kərimova həkimi məhkəməyə verdi

Flora Kərimova həkimi məhkəməyə verdiXalq artisti Flora Kərimova məhkəməyə müraciət edib.

Müğənni bu dəfə plastik cərrah və kök hüceyrə uzmanı Sevinc Heydərovaya qarşı məhkəmədə mülki iddia qaldırıb.

Məhkəmə işlərinə hazırlıq iclası ötən gün Nəsimi Rayon Məhkəməsində baş tutub.

F.Kərimovanın bu addımı atmasına səbəb S.Heydərovanın onu uğursuz əməliyyat etməsi iddiasıdır. Xalq artisti həkimin əməliyyatından sonra gözlərində problem yarandığını bildirib.

Kult.az xəbər verir ki, xalq artistinin köməkçisi Oxu.az-a açıqlamasında əməliyyatdan sonra Flora Kərimovanın gözlərində assimmetriya yarandığını bildirib:

“Həmçinin uğursuz əməliyyyatdan sonra ptoz, yəni yuxarı göz qapağının sallanması yaranıb. Tikişdən sonra göz qapaqlarının bir tərəfi sallanıb. Bunlar sonradan başqa problemlərə gətirib çıxarır. Məsələn, gözlər tez-tez sulanır”.

Məsələ ilə bağlı qarşı tərəfin, həkim Sevinc Heydərovanın mövqeyini öyrənmək istəsək də, bu mümkün olmadı. Həkimin köməkçisi onun əməliyyatda olduğunu, daha sonra bizimlə əlaqə saxlayacağını söz versə də, telefon bağlantısı yaradılmayıb.

Qeyd edək ki, F.Kərimovanın qarşılaşdığı ptoz problemi tibdə yuxarı göz qapaqlarının sallanması və ya düşməsi kimi izah olunur. Sözügedən problemdən əziyyət çəkən xəstələr çəpgözlük, ikigörmə, gözün qıcıqlanması, gözün tam qapana bilməməsi, göz qapaqlarını açıq saxlamaq üçün daim gərginlikdən yorulma kimi çətinliklərlə üzləşirlər. Anadəngəlmə ptoza səbəb göz qapağını qaldıran əzələnin olmaması və ya inkişafdan geri qalmasıdır. Qazanılmış ptoza səbəb isə göz qapağını qaldıran əzələni innervasiya (bədənin və ya toxumanın qeyri-bərabər elementlərlə təchizi - red.) edən sinir liflərinin, gözün hərəki sinirinin insult, ensefalit, Horner sindromu nəticəsində iflicidir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər