Sizin Reklam Burada

Daşkəsən rayonunda mövcud olan abidələrinin təqvim-kataloqu hazırlanıb

Daşkəsən rayonunda mövcud olan abidələrinin təqvim-kataloqu hazırlanıb“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Daşkəsən rayonu ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli tarix-memarlıq, həmçinin təbiət abidələrindən ibarət təqvim-kataloq hazırlanıb.

Cəmiyyətin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində icra edilən layihədə əsas məqsəd QSC-nin aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirdiyi Daşkəsən rayonunun təkcə faydalı qazıntı yataqları ilə zəngin bölgə kimi deyil, həmçinin füsunkar təbiətə, memarlıq və arxeoloji abidələrinə malik qədim yaşayış məskənlərindən biri kimi təqdim etmək, abidələrin və ümumilikdə rayonun turizm potensialının təbliğinə töhfə verməkdir.

Bu məqsədlə yüksək keyfiyyət və nəfis tərtibatda hazırlanan 2023-cü ilin təqvim-kataloqunda rayon ərazisində mövcud olan və özünəməxsusluğu ilə seçilən 12 abidənin fotosu və onlara dair məlumatlar öz əksini tapıb.

Layihənin davamı olaraq cari il ərzində rayon ərazisində yerləşən ölkə və yerli əhəmiyyətli abidələrin mühafizəsi və tanıdılması məqsədilə məlumat lövhələrinin hazırlanıb quraşdırılması və “Daşkəsən abidələri” adlı kataloqun nəşr edilərək, geniş ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər