Sizin Reklam Burada

Polis Talıbovun evinə girdi: silah tapıldı, həbslər var

Polis Talıbovun evinə girdi: silah tapıldı, həbslər varŞərur Rayon Polis İdarəsinin əməkdaşları Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Aralıq kəndindəki evində axtarış aparıb.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatı kənd sakinləri “Gündəlik Naxçıvan”a verib.

Axtarışın bu gün baş verdiyi bildirilib:

“Vasif Talıbov istefa verdikdən sonra doğulduğu Aralıq kəndinə köçərək, ailəsi ilə birlikdə həmin evdə yaşayır.

Axtarış nəticəsində onun evində xeyli silah aşkarlandığı, evini qoruyan şəxsi mühafizəçilərinin saxlanıldığı bildirilir. Saxlananlardan biri Rövşən Talıbov isə Vasif Talıbovun əmisi nəvəsidir. Saxlanılan dgər mühafizəçisi Həsənqulu Novruzov rayonun Siyaqut kəndindəndir”.

Kənd sakinləri bildirib ki, polis Talıbovların yaşadığı evə qəfil basqın edib:

“Kəndin giriş-çıxışı bir neçə saatlıq bağlandı. Xeyli sayda polis əməkdaşı həyətə basqın etdi. Mühafizəçilərə göz açmağa imkan vermədilər. Vasif müəllim də evdə olub. Polislər evdə silah axtarırmışlar. Deyilənə görə, xeyli sayda müxtəlif kalibrli “Vinçestr” silahı çıxıb. Onun mühafizəçilərinin silah gəzdirdiyini bilirdik. Ancaq evdə də silah olmasından xəbərdar deyildik. Həbs olunan mühafizəçilərin biri, Vasif müəllimin əmisi oğlu Abdullanın oğludur. O, həmin evi uzun illərdir ki, mühafizə edirdi. Vasif Talıbov istefa verəndən sonra ailəsi ilə kəndə köçdü, əlavə mühafizəçilər də götürdü. Hazırda evin həyətinə giriş-çıxış da bağlanılıb”.

Məsələyə ilə bağlı Naxçıvan MR DİN Şərur rayon sakinləri Rövşən Talıbov və Həsənqulu Novruzovda qanunsuz silah aşkarlandığını təsdiq etsələr də, əlavə məlumat verilməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər