Sizin Reklam Burada

Qazi özünü pensiyası kəsildiyi üçün yandırıb?

Qazi özünü pensiyası kəsildiyi üçün yandırıb?Ötən gün Xətai rayon sakini Hikmət Natiq oğlu Salmanzadə psixoloji yardım ehtiyacı olduğu üçün Nərimanov rayon ərazisində yerləşən Psixi Sağlamlıq Mərkəzinə gedib. Dediyinə görə onu qəbul etməyiblər. Bu haqsızlığa etiraz əlaməti olaraq qazi özünü yandırıb.

Psixi Sağlamlıq Mərkəzi Axar.az-ın sorğusuna cavabında məlumatı təkzib edib.

“Qazinin özünü yandırdığından xəbərimiz var. O, ötən gün 15:55-də mərkəzdə olub. Həkim onunla danışıb, onu 1 saylı Respublika Psixatriya Xəstəxanasına göndərib. O isə göndərişi qəbul etməyib. Yanında olan şəxslərlə birlikdə burda səs-küy saldılar. Qapını, çərçivəni, pəncərəni - hər yeri təpiklədilər.

O, 2021-ci ildən bizdə qeydiyyatdadır, gəlib- gedir. Müalicə alır, müayinə olunur. Kameralarımız var. Mərkəzə nə vaxt daxil olub, özünü necə aparıb - hər biri lentə alınıb. Ona yüksək səviyyədə xidmət də göstərilib. 16:00-da bizim iş vaxtımız bitir. O özünü 16:06-da yandırıb”.

Mərkəz həmçinin onun bu cür aqressivliyinə pensiyasının kəsilməsinin səbəb olduğunu iddia edib.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanovdan saytımıza verilən məlumata görə, bu iddia doğru deyil:

“Salmanzadə Hikmət Natiq oğlu 17.10.2021-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə III dərəcə əlillik təyinatı alıb. Onun əlilliyi dayandırılmayıb, pensiyası vaxtlı-vaxtında ödənilir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər