star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Müsəlmanın Quranı qorumaq vəzifəsi yoxdur - Deputat

Müsəlmanın Quranı qorumaq vəzifəsi yoxdur - DeputatAvropada Qurani-Kərimin yandırılması, peyğəmbərin karikaturasının çəkilməsi və başqa “ənənələr” təbii ki, müsəlman dünyasında qıcıq doğurur. Amma bu məsələlərə yanaşarkən bir qədər islam dəyərlərinə uyğun davranış sərgiləmək lazımdır.

Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, bu məsələdə ilk növbədə “Peyğəmbər nə edərdi?” deyə düşünmək lazımdır:

“Biri Quranı yandırırsa, bu, açıq-aşkar təxribatdır. Amma bir Quran yandırmaqla onu sıradan çıxartmaq mümkündürmü? Yaxud bu addım hansısa inancı aradan qaldırmağa yetərlidirmi? Təbii ki, yox! Bu baxımdan insanların belə təxribatçı addımlara qarşı daha mədəni cavab vermələri məqsədəuyğundur. Həmçinin, hadisənin baş verdiyi cəmiyyətin özü tərəfindən bu addımın qınaq obyektinə çevrilməsinə çalışmaq lazımdır. Əks halda, biz məsələni həll edə bilməyəcəyik. Çünki belə hadisə birinci dəfə deyil ki, yaşanır.

Hansısa kitabın yandırılması səbəbindən ölüm hökmü kəsmək, kalikaturaya görə binanı yandırmaq, adamları linç etmək islam prinsiplərinə uyğun davranış kimi qiymətləndirilə bilməz. Vaxtilə Peyğəmbəri də təhqir ediblər. Amma o, bunu heç də qisas zəminində dəyərləndirməyib”.

Millət vəkili bu məsələlərin üzərində daha sistemli, ağıllı cavab addımları atılmalı olduğunu bildirib: “Ancaq bu addımlar heç bir halda zorakılığa dayanmamalıdır. Çünki sonradan bu, daha böyük mənfi nəticələrə səbəb olar.

Digər tərəfdən, insanların Quranın, yaxud Allahın qoruyucusu kimi çıxış etmək öhdəliyi, vəzifəsi yoxdur. İnsanlar təbliğatçıdırlar. Onlar bu nadanlığa və cahilliyə qarşı özlərinin doğrularını təbliğ etməyə davam etməlidirlər. Həmçinin, gerçəkləri dəyişməyə çalışmalıdırlar.

Ancaq Quran yandırmaqla incildilən müsəlman birinci növbədə özünə qarşı atılan, yaşadığı arealda olan və daha çox özünün etdiyi ədalətsizlikdən inciməlidir. Bunu isə özünü islah etmək üçün düşünməlidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər