Sizin Reklam Burada

İcra başçısının fəaliyyəti yoxlanılır

İcra başçısının fəaliyyəti yoxlanılırBərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin fəaliyyəti yoxlanılır.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, 2011-ci ildən Bərdənin icra başçısı vəzifəsində çalışan Vidadi İsayevdən ciddi narazılıqların olması artıq onun da karyerasının sonunu yaxınlaşdırıb.

Bildirilir ki, yoxlamalar bir müddət əvvəl başlayıb. Bundan başqa, Vidadi İsayevdən edilən şikayətlərlər bağlı da araşdırmalar aparıldığı iddia edilir.

Vidadi İsayev ən çox narazılıq edilən icra başçılarından hesab edilir. Anti-korrupsiya çərçivəsində icra başçılarının həbsi başlayanda onun da adı gündəmə gətirilmişdi. Hətta bir neçə dəfə həbs ediləcəyi barədə məlumatlar da yayılıb.

Qeyd edək ki, 18 aprel 1959-cu ildə Ermənistan SSR-in Əzizbəyov rayonunun Artavan kəndində anadan olan Vidadi İsayev 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı olub. Prezidentin 3 mart 2011-ci il tarixli sərəncamı Bərdə Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər