Sizin Reklam Burada

Avtobusda 19 700 dollar tapıldı

Avtobusda 19 700 dollar tapıldıBakıda avtobusda külli miqdarda pul tapılıb.

Avrasiya.net xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

Belə ki, “BakuBus” MMC-yə məxsus avtobusda tapılan 19 min 700 dollar sahibinə təhvil verilib.

Məlumatda qeyd edilib ki, sərnişinlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı dayanacaqda endikdən sonra sürücü Şamil Əylər oğlu Cəbrayılov Hava Limanı Ekspress marşrut xətti üzrə idarə etdiyi avtobusun salonuna baxış keçirib. Bu zaman o, oturacağın üstündən 1 ədəd gödəkçə və 19 min 700 Amerika Birləşmiş Ştatları dolları tapıb. Sürücü aidiyyəti üzrə təqdim etmək üçün gödəkçə və pulu oturacaqdan götürərək avtobusun saxlanc yerinə qoyub. Bu hadisədən az sonra bir nəfər sürücüyə yaxınlaşaraq avtobusda gödəkçə və pul unutduğunu bildirib. Müvafiq dəqiqləşdirmə işləri aparıldıqdan sonra gödəkçə və pul həmin şəxsə təqdim olunub.

Vətəndaş avtobusda unutduğu gödəkçə və pulun tapılaraq ona qaytarılmasına görə təşəkkür edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər