Belçikalı deputat: “Türk Ağsaqqalları Birliyinin Türk dünyasına pəncərə olacağına heç bir şübhəm yoxdur”

Belçikalı deputat: “Türk Ağsaqqalları Birliyinin Türk dünyasına pəncərə olacağına heç bir şübhəm yoxdur”“İnanıram ki, Türk Ağsaqqalları Birliyi Türk dünyası ilə bağlı akademik, sosial, siyasət, mədəniyyət istiqamətində önəmli addımlar atacaq və layihələr həyata keçiricək. Mənim buna heç bir şübhəm yoxdur. Artıq birlik Türkiyədə, Moldovada uğurlu tədbirlər təşkil edib”.

Avrasiya.net xəbər verir ki, bu sözləri Belçika parlamentinin deputatı Şevket Temiz Azərbaycanda təsis edilən Türk Ağsaqqalları Birliyinin (TAİB) önəmindən danışarkən deyib.

O bildirib ki, Belçika Parlamentinin deputatı olaraq birliyin həyata keçirəcəyi layihələrdə iştirak etməyə hazırdır: “Mən öz təcrübələrimə dayanaraq nəcib fəaliyyətə töhfələrimi verə bilərəm. Bu yalnız fəaliyyətə öz müsbət təsirini göstərər və məni də çox sevindirər. Türk Ağsaqqalları Birliyi Türk dünyasına bir pəncərə olacağına heç bir şübhəm yoxdur. Birlikdə inkişaf potensialı görürəm. Başda birliyin təsisçisi Ramin Əhmədov olmaqla, bütün üzvləri təbrik edir, müvəffəqiyyət arzulayıram”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər