Sizin Reklam Burada

Polis elmlər doktorunu hədələyib

Polis elmlər doktorunu hədələyibŞənbə günü günorta saatlarında mənzilimin qapısı çox bərk döyüldü. Qapıya gəlib, kimdi, - soruşdum. Qapını döyən, sərt səslə, polisdi, - dedi. Həyəcandan, yaxın qohumların, qonşularımın mənə daim, “tək, yaşlı adamsan, lap polisəm, desələr, açma!”- tövsiyyələrini unudub, qapını dərhal açdım. Əlində tutduğu jurnala nəsə yazan bir hündürboy, canlı - cüssəli cavan kişi xeylağı məndən salamsız-kalamsız mənzilimin nömrəsini soruşanda mən ondan, dediz, polissiz, nə lazımdır? - soruşdum.

O, yaxasındakı vəsiqəni göstərib, - müavinəm,- dedi. Səhv etmirəmsə, Nəzər müəllimin, sahə müvəkkilinin müaviniyəm, dedi.

Dedim, buyurun. Nə lazımdı?..
Dedi, DİN blokunuza kamera quraşdırır.
Dedim, nə yaxşı, təşəkkür edirəm!
Dedi, 30 manat verməlisiz!
Dedim, dediz axı, DİN quraşdırır!
Dedi, hər mənzil 30 manat verməlidir!
Adını soruşdum. Şəstlə, Kamran dedi.

Soyadını da soruşdum, Həsənov və ya Həsənli,- dedi.

Dedim, mən kasıbçılıqdan evimi kirayə verib, bacımın evinə sığınmağa qərar vermişəm, mən Sizə 30 manatı verə bilməyəcəyəm.

Dedi, biz də Sizə kirayə verməyə icazə verməyəcəyik!

Dedim, bu qapılarını cinayətkar qapısı kimi döydüyünüz binada 90 faiz kirayənişindi, Polisdən icazə alıblar?!

Qarşısında yaşlı qadın görüb, özünü lap cəngavər hesab edən polis əməkdaşı üstümə bağırdı: Verməlisiz, vəssalam!
Görkəmindən qətiyyən polisə oxşamayan, danışığı polis əməkdaşına qəti yaraşmayan, ümumiyyətlə, son dərəcə kobud, son dərəcə etikasız, məsələn, idarədə adam güllələyən polis həmkarı tipində bu rəis müavininə mənim son sözüm, “vermirəm, indi də gedib, səndən – mənzillərdən 30 manat tələb edən polis müavinindən DİN nazirinə şikayət edəcəyim”- oldu.

O da mənə sərt şəkildə,- “Kimə istəyirsən, de! Kimə istəyirsən, şikayət et!”- dedi! O saat hiss elədim ki, o 30 manatları "özbaşına" tələb eləmir.
Bu gün mobil telefonuma axırı 81-81 olan telefon nömrəsindən bu kobud, etikasız polis işçisinin rəisi Nəzər adlı sahə müvəkkilinin zəng edib, (mən məşğul olduğum üçün telefona bacım cavab verib) üzrxahlıq istəməsi də bunu təsdiq edirdi.

Məsələnin bir tərəfi polisin məndən 30 manatı ala bilmədikdə mənimlə təhdid və təhqirlə davranmasıdırsa, ən əsası polisin evinə aylarla ət, toyuq və s. ala bilməyən, əksəriyyətlə kirayənəşinlərdən ibarət kütlədən Dövlətin, daha dəqiqi DİN- in adından 30 manatdan pul tələb etməsidir.
Buna görə də mən ümumi olan bu ciddi məsələni şəxsən Sizin diqqətinizə media vasitəsilə çatdırmağa qərar verdim.

Beləcə, hörmətli AR Daxili İşlər Naziri, cənab Vilayət Eyvazov! Bu şikayət məktubu ilə mən AR Daxili İşlər Nazirliyinin binaların kameralaşdırılması adı ilə mənzillərdən 30 manatdan pul tələb olunmasına etiraz edirəm.

Doğurusu heç inanmıram ki, Sizin belə bir göstərişiniz var! Yəni inandırıcı deyil, dövlətimiz vətəndaşlardan, xüsusilə də Nizami rayonu kimi kasıb əhali yaşayan ərazidə kamera qoşulması üçün hər mənzildən 30 manat tələb etsin!

“Toxun acdan nə xəbəri?!”- deyib, etiraz etmişəm, mənə “vermirsən, polis də mənzilini kirayə verməyə qoymayacaq” hökmü “oxunur”. Bu nə deməkdir?! Bəlkə mənim 3 mənzilim var, 3-nü də kirayə verirəm?! Mən 1-cə dənə mənzilimi ehtiyac üzündən kirayə vermək istəyirəmsə, buna görə məni nəinki bu polis əməkdaşı və heç kim təhdid edə bilməz! Bəlkə mən də etiraz aksiyası keçirim və ya mitinq edənlərə qoşulum?! Məsələyə bir bu tərəfdən də baxın. Görün polis 30 manatı qoparmaq üçün vətəndaşlara nəyi irad tutur və nə ilə qorxudur. Həmin polis unudur ki, mən qapı-qapı 30 manatlar yığıb zənginləşən, villalara sahib olan təbəqə adamı deyiləm!.. Həmçinin də məni belə təhdid edən yəqin ki, başqaları ilə də elə bu cür davranır...

Cənab nazir Vilayət Eyvazov! Bu məsələnin çox-çox təsirli mənəvi tərəfini də diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, mən 1996-cı ildən həmin mənzildə qeydyyatdayam və daimi yaşayıram. Doktorluq dissertasiyamı həmin mənzildə yazıb müdafiə etmişəm. 20 İLDİR Kİ, Azərbaycan xalqının Ulu öndəri, tarixi şəxsiyyət Heydər ƏLİYEV İrsini bu mənzildə tədqiq edirəm. 2002-ci ildə «Heydər Əliyev və mənəvi-estetik dəyərlər», 2019-cu ildə «Heydər Əliyev siyasəti: Milli Dövlət, Milli Lider, Vətəndaşlıq, Mənəviyyat»monoqrafiyalarımı, 2021-ci ildə «Ulu öndər Heydər Əliyev Siyasətinin müdriklik gücü» kitabımı bu mənzildə meydana çıxarmışam. Ölkədə və xaricdə çap olunan çoxsayda məqalələrimi bu mənzildə yazmışam. Bu mənzil mənə övladım qədər əzizdi. Deməli mən bəxtəvərlikdən bu mənzimi kirayə vermək qərarına gəlməmişəm! Əslində çəkisi özümdən ağır əsərlərimi yaratdığım, 25 il yaşadığım mənzildən kasıbçılığsa görə çıxmaq qərarına gəlmişəmsə mən yox, alimi buna vadar edən SƏBƏBLƏRDİR günahkar. Mənyuxarıda adını qeyd etdiyim kitablarımı ona göstərib, “mənim varım bu əsərlərdir”, onları oğurlayacaq adam yoxdu ki, kamera üçün pul verim - deyəndə, o, üzərində Heydər Əliyevin fotoları olan kitablara arxasını çevirdi.

Narahat edici məsələlərdən biri də Nəzər adlı polis sahə müvəkkilinin nəzarətində olan ərazidə onlarla bina, deməli yüzlərlə mənzildən 30 manatdan topladığı pulun sadə hesabla yüzmin manatları təşkil etməsidir. Belədə kameranı DİN və yaxud Dövlətin quraşdırdığının deyilməsi hüquqi və siyasi baxımdan doğru deyil və yaxud DİN quraşdırırsa camaatdan "bac almaq" düzgün deyil, hətta cinayətdir.

Digər tərəfdən 25 ildir bizim ərazini Allah qoruyur. Bir 25 il də DİN qorusun. Həmçinin bizim binaya bitişik qanunsuz restoran tikilib. Sakinləri düşünmək, təhlükədən qorumaqdı, DİN əsl təhlükə mənbəyi, hətta sökülməsi haqqında qərar olan həmin restoranın məsələsi ilə məşğul olsun!
Beləliklə, cənab nazir, çoxhörmətli geniral Vilayət Eyvazov! Xalqın işsizlikdən, üstəlik cərəyan edən bahalaşmadan əziyyət çəkdiyi bir vaxtda əməkdaşlarınızın qapı-qapı gəzib, xüsusilə də kasıb kontingentdən hər mənzil başına 30 manat tələb etməsinin ölkə siyasi hakimiyyətindən narazılığa gətirib çıxara biləcəyini diqqətinizə çatdırmağı özümə borc bildim.

İstərdim ki, bu kökündən qanunsuz olan işin qarşısını almaqla bərabər, həmin kameraların dövlət hesabına qoyulduğunu kağıza yazıb bloklara, binalara yapışdırılması tapşırığını verəsiz ki, 80 faiz kirayənəşin olan vətəndaşlar, məcburiyyətdən “isti” evini kirayə verənlər daha qapılarını döyən o polislərdənn qorxub pul ödəməsinlər!

İkincisi, 30 manat verməzsən, polis də səni evini kirayə verməyə qoymaz”,- kimi dövlət məmuruna – polis işçisinə yaraşmayan ibarələrlə məni təhdid edən həmin polis əməkdaşı Kamran Həsənova vətəndaşlarla belə davranışın yolverilməz olduğunun başa salınmasını xahiş edirəm.
Əlbəttə bizə polis bizi qorumaq üçün mütləq lazımdır. Ancaq bizə belə təhdidləri, təhqirləri ilə “xidmət” edən harınlar lazım deyil.
Hələ bir bunun özündən razılığına baxın: KİMƏ İSTƏYİRSƏN DE!...

Mən də CƏNAB NAZİR –ÇOXHÖRMƏTLİ GENİRAL VİLAYƏT EYVAZOV SİZƏ DEMƏK İSTƏDİM.

Nizami rayonun böyük bir ərazisində DİN-in kamera quraşdırması adı ilə hər mənzildən 30 manat tələb edilməsinə, Kamran Həsənov adlı polis əməkdaşının 30 manatı verməkdən imtina edəni təhqir-təhdid etməsinə, onu kasıb adamların üstünə 30 manat tələbi ilə göndərən, sonra da kobud davranan bu adamın əvəzindən “üzrxahlıq” üçün zəng edən sahə müvəkkili Nəzər müəllimin fəaliyyətinə qiymət vermək Sizin səlahiyyətləriniz daxilindədir. Mənim gücüm şikayət etməyə çatır...

Xatirə Quliyeva
Fəlsəfə elmləri doktoru
cahanplus.com

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər