Sizin Reklam Burada

7 hərbçimiz ŞƏHİD OLDU, YARALILAR VAR - RƏSMİ/ADLAR

7 hərbçimiz ŞƏHİD OLDU, YARALILAR VAR - RƏSMİ/ADLARNoyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Şəhid olan hərbçilərin siyahısı:

- leytenant Niftəliyev Ümüd Oruc oğlu;

- gizir Cabbarov Orxan Hətəm oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu;

- əsgər Ağayev Elçin Mərifət oğlu;

- əsgər Əlizadə Elmin Samir oğlu;

- əsgər Əliyev Elçin Ramil oğlu;

- əsgər Xəlilov Murad Qalib oğlu.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Döyüşlərdə 10 nəfər hərbi qulluqçumuz yaralanıb.

Noyabrın 16-sı axşam saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət sabitləşib.
Ermənistanın dövlət sərhədində törətdiyi təxribat və hərbi avantüra tam iflasa uğrayıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Ermənistanın təxtibatı nəticəsində yaranmış gərginliyə və qarşıdurmaya görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər