Sizin Reklam Burada

Şanlı Zəfərimizin 1-ci ildönümünə həsr edilən "Zəfər" forumu keçirilib

Şanlı Zəfərimizin 1-ci ildönümünə həsr edilən "Zəfər" forumu keçirilib"GUYS" Təşkilatı tərəfindən 6 noyabr 2021-ci il tarixində Şanlı Zəfərimizin 1-ci ildönümünə həsr edilən "Zəfər" forumu keçirilib.

Forumun moderatoru, eyni zamanda "GUYS" Media Mərkəzinin rəhbəri Mehin Vəliyeva Vətən Müharibəsi, Müzəffər Ali Baş Komandan və Azərbaycan ordusunun 44 günlük zəfər yolunda həm hərb, həm də informasiya müharibəsində düşmənə və onun müttəfiqlərinə qarşı necə iradə və güc sərgiləməsi barədə açılış nitqində məlumat verib.

Daha sonra spikerlər - Milli Məclisin deputatı Elşad MirBəşir oğlu, ictimai xadim, QHT sədri və sahibkar Emin Əliyev, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Vətən Müharibəsi iştirakçısı Şahmar Məmmədov şanlı tariximizə qızıl hərflərlə yazılan Qarabağ Müharibəsi barədə fikirlərini səsləndiriblər.

Forumda spikerlər sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi haqqında çıxış etdikdən sonra iştirakçılarla fikir mübadiləsi aparıblar. Azərbaycan xalqının müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, bütün dünyaya gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsi xüsusilə qeyd olundu. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin çox böyük rolu olur. Nəhayət, Azərbaycan illər sonra torpaq itirən ölkədən öz torpaqlarını geri qaytaran ölkəyə çevrildi.

Daha sonra 44 günlük zəfər yolunda gənclərin həm ön, həm də arxa cəbhədə mübarizəsi xüsusi vurğulandı. Ön cəbhədə qəhrəman oğullarımız canını müqəddəs Vətən uğrunda sipər edərkən, arxa cəbhədə gənclərimiz düşmənin müxtəlif təxribatlarına layiqinci cavab verə bildi.

Forumda tərəfdaş qismində çıxış edən "Azərbaycan Mədəniyyəti" sosial platformasının nümayəndəsi Elnurə Cəfərzadə Vətən müharibəsi haqqında öz təəssüratlarını bölüşdükdən sonra gənc xanəndələrin ifası ilə tədbirə yekun vuruldu.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər