Sizin Reklam Burada

Qazi hökumətə diqqət və qayğıya görə minnətdarlığını bildirib

Qazi hökumətə diqqət və qayğıya görə minnətdarlığını bildiribÖlkəmizin hər yerində olduğu kimi Bərdə rayonunda da Qarabağ müharibəsi şəhid ailələrinə, əlillərinə və veteranlarına çox böyük diqqət və qayğı göstərilir.
Rayon İcra Hakimiyyəti və YAP Bərdə rayon təşkilatı birlikdə daim onların yanında olur və müəyyən problemlərinin həllinə çalışırlar.

Bərdə rayon İcra Hakimiyyətindən Avrasiya.net-ə verilən məlumata görə, başçının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya başda olmaqla partiya fəalları Aynurə Əyyubova, Səba Məmmədova və Elmir Məmmədov rayonun Türkmən kəndindən qazi – çavuş Yusifzadə Məhəmməd İsrafil oğluna baş çəkiblər.

Qeyd edək ki, çavuş Yusifzadə Məhəmməd İsrafil oğlu 7 il yarım idi ki, Azərbaycan Silahlı Qüvvələrində Vətən xidmət edirdi. O, sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Talış kəndi istiqamətində gedən döyüşlərdə iştirak etmiş və elə orada da yaralanmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Yusifzadə Məhəmməd İsrafil oğlu “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Ailəlidir. 4 yaşlı qızı və 3 yaşlı oğlu var.
Ailədə olarkən qazi Yusifzadə Məhəmməd ilə görüş zamanı Fəqət Şadlinskaya bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyuldu. 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi tarixə düşdü. Qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.

Qazi Yusifzadə Məhəmməd öz hərbidəki xidmətlərindən və ömür yolundan danışmış, müharibədə yara aldığı ayağı üçün protezlə təmin olunmağından, “YAŞAT” Fondu tərəfindən maddi köməklik edildiyindən söz açmış, atası İsrafil Yusifovla birlikdə möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qazilərə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər. Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərinin həlli üçün köməkliklər göstəriblər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər