Sizin Reklam Burada

YAŞASIN MÜZƏFFƏR AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ!

YAŞASIN MÜZƏFFƏR AZƏRBAYCAN SİLAHLI QÜVVƏLƏRİ!Azərbaycan Prezident və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin QARABAĞ AZƏRBAYCANDIR! şuarı ilə başladığımız ümumxalq savaşında igidlərimiz, Müzəffər ordumuzun qəhrəman oğullarımızın göstərdikləri igidlikləri, sücayətləri qəhramanlıqlar dillər dastanı olacaqdır.

Azərbaycan xalqı 2020-ci il 27 sentyabr və 10 noyabrda böyük tarixi qələbəylə hərb tariximizə qızıl həriflərlə yazılan Vətən müharibəsini hələ üzun illər xatırlayacaqdır.

Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının qətiyyətli və dönməz siyasəti, Azərbaycanın Müzəffər Ordusunun qüdrəti, Şəhidlərimizin, yaralı hərbi quluqşularımızın qanları bahasına əldə etdiyimiz tarixi qələbə, böyük zəfər bizə mənliyimizi, kimliyimizi qaytarmaqla yanaşı Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu bütün dünyaya tanıdaraq nümayiş etdi. 30 ilin həsrətini 44 günlük Vətən müharibəsində əskərlərimizin gücüylə qalib gələrək son qoyuldu.

Azərbaycan Silahlı Qüvvələri Azərbaycan xalqının həmrəyliyi ilə, Azərbaycan Dağlıq Qarabağda genişmiqyaslı hərbi əməliyyat keçirdərək bütün dost və düşmən dövlətlərinə 44 günlük qısa bir zamanda göstərərək, işğalçı ermənistan ordusununu iti qovan kimi qovaraq işğal olunmuş torpaqlarımızı azad edərək, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi.

Bu şanlı qələbəmizin əldə edilməsi üçün biz ilk öncə Vətən müdafiyəsində şəhid olmuş Şəhidlərimizə. Sağlamlığlarını itirmiş qazilərimizə və bu müharibədə qətiyyətlik və dönməzlik nümayiş etdirərək siyasi savadı ilə beynəlxaq aləmdə ən böyük təbliğat apararaq düşməni rüsvay edərək susduran Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına minnətdarığ.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş insanların adı daimi qəlbimizdədir! Onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nəqədər Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlərimizdə yaşayırlar və yaşayacaqlar!

Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun İdarə Heyətinin adından və şəxsən öz adımdan, ilk öncə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla vətənimizin keşiyində duran Azərbaycan Silahlı Qüvələrinin əskər və zabitlərini, ehtiyatda olan hərbiçilərini, veteranlarını, Azərbaycan Silahlı Qüvələrinin yaranmasında, 1991-1994-cü Qarabağ və 2020-ci il 27 sentyabr və 10 noyabrda böyük tarixi qələbəylə hərb tariximizə qızıl həriflərlə yazılan Vətən müharibəsinidə xidmət etmiş və əməyi olan hər bir vətəndaşı, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının il dönümü münasibəti ilə səmimi qəlbdən təbrik edərək, Sizlərə həyatda ən başlıcası uzun ömür, möhkəm can sağlığı arzu edirəm.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda canından keçmiş bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Hörmətlə, SƏRRAF ORUC,
Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti,
Əfqanstan və Qarabağ müharibəsinin veteran.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər