Sizin Reklam Burada

“Azərsu” əhalidən sudan qənaətlə istifadə etmələrini xahiş edir

“Azərsu” əhalidən sudan qənaətlə istifadə etmələrini xahiş edirHavaların kəskin istiləşməsi ilə əlaqədar “Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışır.

Avrasiya.net “Azərsu” ASC-yə istinadən verdiyi məlumata görə, son günlər temperaturun yüksək olması ilə əlaqədar içməli suya tələbat kəskin artıb və tələbatı ödəmək üçün mənbələrdən Abşeron yarımadasına ötürülən suyun həcmi artırılıb.

Məlumatda deyilir ki. abonentlərin dayanıqlı içməli su ilə təmin olunması, anbar ehtiyatlarının toplanması üçün təsdiqlənmiş reqlamentə uyğun olaraq rejimlərin tənzimlənməsi işləri aparılır və bəzi ərazilərdə suyun verilmə qrafiklərində müəyyən dəyişikliklər edilir.

“Azərsu” ASC abonentlərdən xahiş edir ki, yay aylarında, xüsusilə də kəskin istilərin müşahidə olunduğu günlərdə içməli sudan maksimum qənaətlə istifadə etsinlər, bağ massivlərində və həyət evlərində yaşayanlar yaşıllıqların suvarılmasında israfçılığa yol verməsinlər. Burada edilən israfçılıq paylayıcı şəbəkələrin ucqar nöqtələrindəki abonentlərin su təminatına mənfi təsir göstərir ki, bu da həmin ərazilərdə yaşayan insanların haqlı narazılığına səbəb olur.

Qeyd edək ki, ötən gecə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza Binəqədi rayonunun bəzi ərazilərinə suyun verilməsində məhdudiyyətlərə və ya təzyiqin zəif olmasına səbəb olub. Qəza briqadaları əraziyə cəlb olunub və təmir-tikinti işlərinə başlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər