Sizin Reklam Burada

KİVDF niyə ləğv edildi? - Yeni icraçı direktor açıqladı

KİVDF niyə ləğv edildi? - Yeni icraçı direktor açıqladıKütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ləğv edilərək yerinə Medianın İnkişafı Agentliyinin yaradılmasının səbəbləri açıqlanıb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "QəbuldASAN” verilişində KİVDF-nin təşkilatı-hüquqi formasının geniş tədbirlərin həyata keçirilməsinə imkan vermədiyini bildirib:

“Biz həmin fond çərçivəsində işlərimizi görərkən və media sahəsindəki prosesləri təhlil edərkən gördük ki, bu fondun ümumiyyətlə təşkilati-hüquqi forması media sahəsində geniş islahatların aparılmasına və medianın bütün sahələrini əhatə etməyə imkan vermir. Yəni fondun təşkilatı-hüquqi formasının medianın yalnız maliyyə dəstəyini həyata keçirməklə müəyyən istiqamətdə işlərin görülməsi kimi bir çərçivəsi var idi.

Bu təşkilati-hüquqi forma medianın bütün sahələrini, ümumiyyətlə jurnalistlərlə yaxından işlərin görülməsi, onların ixtisas və peşələrinin artırılması üzrə tədbirlərin həyata keçirilməsinə imkan vermirdi. Bizim təhlillərimiz göstərdi ki, yeni təşkilati-hüquqi formaya keçmək zərurəti var və cənab Prezidentin fərmanı ilə yeni təşkilatı-hüquqi formada, publik-hüquqi şəxs olaraq Medianın İnkişafı Agentliyinin yaradılması barədə qərar verildi”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər