Yeni icra başçısı müavinlərini işdən çıxartdı
Dərc olunub:
11-09-2020, 09:43
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov iki müavinini və köməkçisini vəzifəsindən azad edib.
Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, Elmir Bağırovun əmri ilə Saatlı Rayon İcra Hakimiyyəti başçısının I müavini İlham Quliyev, müavini – İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Reyhan Ocaqova və başçının köməkçisi Mirzəağa Hümbətov işdən çıxarılıb.
Onların yerinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, Elmir Bağırov avqust ayının 24-də Prezident İlham Əliyevin sərəncamı ilə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.