Sizin Reklam Burada

Xalq Prezidentinin yanındadır

Xalq Prezidentinin yanındadır
"İki od" arasında qalan Azərbaycan

İllər boyu vətənimiz düşmən əsarəti altında olub. Şimaldan Rusiya, cənubdan isə İran daima müstəqilliyimizə və ərazi bütövlüyümüzə açıq-aşkar təhdid və təhlükə mənbəyi olub, bu gündə olmaqdadır. Bunun ən başlıca səbəbi qonşu xain və mənfur Rusiya və İran olmaqla yanaşı, öz içimizdə olan və bu ölkələrə sədaqətlə xidmət edən xainlərin də az payı yoxdur. Bu xainlər hər zaman olub və bu gün də var.

90-ci illər gənc nəsilin yadına gəlməsə də, o çətin günlər orta və yaşlı nəsilin yadından çıxmayıb. Dövlətçiliyimizin itirilməsi təhlükəsi ilə üz-üzə qalan millətimiz, hər cəhətdən zəyif iqtidarı xalqın qətiyyətli tələbi, israrı və təkidilə ümummili lider Heydər Əliyevi yenidən rəhbərliyə gəlməsinə məcbur etdi. Ağır dönəmlərdə ümummili lider Heydər Əliyev ölkəmizin müstəqilliyini əldə saxlayıb qorumağa çalışdığı bir vaxtda, hakimyyətə yaltaqlıqla gələnlər əl-altdan düşmənə xidmət etməkdə idilər. Heydər Əliyevin vəfatından sonra özlərində ali güc və hakimiyyət tapanlar artıq öz havadarlarına - Rusiyaya arxayın olaraq xalqımızın elmi, dini, mənəvi-əxlaqı dəyərlərinə qarşı açıq-aşkar çıxmağa başladılar.

Ramiz Mehdiyev və onun əmrlərini yerinə yetirən “çaqqallar” öklənin sərvətini talamağa başladılar. Yüz milyardlarla dollar ölkədən oğurlanıb çıxarıldı. Elm, mədəniyyət, din və cəmiyyətin bütün sahələri məhv edildi. Zavod və fabriklər dağıdıldı. Rüşvət, yaltaqlıq və məddahlıqla elmi adlar alan “alimlər”, vəzifəyə gətirilən “nazirlər”, “deputatlar”, “icra başşıları”, xalqın “mədəniyyət və incəsənət”, eləcə də “ictimai xadımləri” ya pulla susduruldu, təhdidlərə məruz qalaraq gözü kölgəli olduğuna görə xalqa, dövlət başçıısına sədaqətlə, şərəflə xidmət etmək əvəzinə xaincəsinə öz mənafeləri üçün dövləti talayanlara dəstək verdi. Xalqın acınacaqlı duruma düşməsi üçün əllərindən gələni etməklə satqın və xainlərə xidmət etdilər. Bəziləri isə Prezidentə həqiqətləri çatdırmaqdan ya qorxdular, yalan danışdılar, ya da susdular.

Bu düşmən mövqeyində olanların illər öncə başladıqları “xalqı məhv etmə siyasətləri”nin acı nəticələri bu gün demək olar ki, bütün sahələrdə özünü göstərir. Dünyanın pandemiya ilə mübarızə apardığı bir dönəmdə, ölkələr bu virusa qarşı peyvəndlərin tapılması istiqamətində elmi araşdırmalar apardığı halda, bizim bəzi “alimlərimiz” məddahlıq və yaltaqlıq etməklə, elmimizi məhv etdi.

Məktəb müəllimlərimiz bu gün dilənçi halına, alverçilərə, taksi sürüçülərinə çevrilib. Ümummilli liderimizin dediyi kimi “Təhsil bir millətin gələcəyidir!” şüarını yaxşı dərk edən ateis zehniyyətlilər millətin elmini, təhsilini məhv etdi. Rusiyaya xidmət edən satqınların sayəsində yüz minlərlə düşünən beyin, ziyalılar, alimlər ölkəni tərk etməyə məcbur oldu. Bu gün Azərbaycan Türkiyə əlaqələrinindən bərk narahat olan düşmənlər bilməlidir ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə ən qısa vaxtda işğal olunan torpaqlarımız azad ediləcək. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Xalqı dilənçi halına salan Ramiz Mehdiyevlər, Nəcməddin Sadıqovlar, Əli Həsənovlar, Eldar Mahmudovlar, Cavid Qurbanovlar, Cahangir Əsgərovlar, Zahid Oruclar, Yaqub Mahmudovlar, Hadı Rəcəblilər, Siyavuş Novruzovlar, Elman Nəsirovlar və s. kimiləri bu gün də xalqın rifahını yüksəltməyə çalışmaqdansa xalqa düşmən kəsiliblər. Xalqın zərərinə qərarlar qəbul edirlər.

Dövlət Gömrük Komitəsinin qəbul etdiyi və 20 sentyabrdan qüvvəyə minəcəyi qərarı xalqın haqlı narazılığına səbəb olub. Bu ağır dönəmdə vətəndaşlara dəstək durmaqdansa ağır zərbə vuran bu kimi qərarlar xalqın düşmənlərinə xidmət edir. Belə ki, qərarda: “vətəndaşın xaricdən özü ilə gətirdiyi əşyaların dəyərinin 1500 dollardan 800 dollara endirilməsi, eləcə də, “online” alış veriş zamanı alınan əşyanın 1000 dollardan 300 dollara endirilməsi” beşinci kolonun əməyidir. Ümid edirik ki, xalqın və vətəndaşların əleyhinə verilən bu cür qərarlar Prezidentimiz İlham Əliyev tərəfindən rədd ediləcək. Heç kəsə sirr deyil ki, Aksiz mallar üzrə Baş Gömrük İdarəsi bu gün ölkəyə ixrac olunan hər avtomobilin dəyərinə görə qanunsuz olaraq korrupsiya və ya rüşvət yolu ilə 2500-20000 manat vətəndaşlardan artıq pul almaqla dövlət büccəsindən gizlədərək xalqın pulunu oğurlamaqdadır. Eləcə də, DİN-nin bəzi idarələri o cümlədən sürücülük vəsiqələrini verildiyi idarələr açıq şəkildə 900-1200 manata sürücülük vəsiqələrini satmaqla məşquldur. Həmçinin, dövlət qeydiyyat nişanlarının verilməsi üçün Bakı şəhərində təkcə ərizənin yazılması üçün qanunsuz olaraq vətəndaşlardan 10 manat, eləcə də dövlət qeydiyyat nişanının 22 manat olduğu halda vətəndaşlardan adı nömrə üçün məcburən minimum 200-300 manat rüşvət alınır.

Xalqa qənim kəsilən və Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi “beşinci kalon” bilsin ki, xalq Prezidentin yanındadır və kök atmış çürük zehniyyətlərin sonu gəlmişdir. Bu dövlət xalqla güclüdür. Xalqımız cənab İlham Əliyevlə birlikdə ölkəmizi təhdid edən həm daxili, həm də xarici qüvvələri ifşa edib müstəqilliyimizin, dövlətçiliyimizin, gəncliyimizin, təhsilimizin, elmimizin və ərazi bütövlüyümüzün bərpasına ən qısa zamanda nail olacaq.

Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsülə yaradılmış ASAN xidmət modeli və son zamanlar həyata keçirilən sosial, iqtisadi islahatlar və təyinatlar ölkəmizin uğurlarına nümunədir.

Tərlan Niyazoğlu

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər