Sizin Reklam Burada

Heç kim qanundan üstün ola bilməz - Partiya sədri

Heç kim qanundan üstün ola bilməz - Partiya sədri AMEA-nın rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin və qudası Rövşən Mustafayevin 15 sutka həbs edilməsi qanunun aliliyini göstərir. Bəli, Azərbaycan hüquqi dövlətdir və ölkəmizdə qanunun aliliyi tam təmin edilib. Cəmiyyətimiz birlik və bərabərlik prinsipləri üzərində təşəkkül tapıb. Burada heç kim qanundan üstün ola bilməz. Kiminsə kimin kürəkəni olması ona ayrıcalıq, üstünlük və toxunulmazlıq bvermir. Azərbaycanda dərəbəylik etmək istəyənlər qanun qarşısında cavab verməli olurlar. Çünki bu ölkədə hamı qanun qarşısında bərabərdir və hər kəs öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır.

Bu gün ölkədə ictimai qaydalara və o cümlədən Operativ Qərargahın tətbiq etdiyi hüquqi normalara əməl edənlərin ən başda gələnləri məhz Ramiz Mehdiyev kimi, Abel Məhərrəmov kimi akademiklər, ziyalılar olmalıydı. Onlar öz əməlləri ilə cəmiyyətimizə müsbət nümunələr təqdim etməlidirlər. Lakin təəssüflər olsun ki, biz bunu görmürük. Bu şəxslərin davranışı acı təəssüf hissi doğurur. Amma Ramiz Mehdiyevin kürəkəninin və onun qudasının həbsi zənnimcə, belə insanların, özlərini qanunlardan və dövlətdən üstün tutan şəxslərin hamısına dərs olacaq. Qoy hər kəs başa düşsün ki, bundan sonra heç bir vəzifəli şəxs və heç bir imkanlı adam öz statusundan və maddi durumundan istifadə edərək qanunları poza və ictimai normalara hörmətsiz yanaşa bilməz.

Hesab edirəm ki, hər kəs Azərbaycan Prezidenti İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban Əliyevadan nümunə götürməlidir. Ölkənin birinci və ikinci şəxsləri qapalı məkanda təşkil olunan bütün tədbirlərdə tibbi maskadan istifadə edir və sosial məsafə tələbinə əməl etməyə çalışırlar. Sizlər Prezidentdən və Birinci vitse-prezidentdən artıq deyilsiniz ki, cənab akademiklər və toy sahibləri, məclis əhli! Ölkənin qanunlarına hörmətlə yanaşmaq sizin borcunuzdur!

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər