Sizin Reklam Burada

"Heç bir vəzifəli şəxs öz statusundan istifadə edib..."

"Heç bir vəzifəli şəxs öz statusundan istifadə edib..." Karantin rejimi ilə bağlı yumşalmalar edilsə də, koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb.

Bunu Publika.az-a Milli Məclisin deputatı Arzu Nağıyev bildirib.

Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunun aliliyi təmin edilib, heç kim qanundan üsten ola bilməz, hamı qanun qarşısında bərabərdir və öz hərəkətlərinə görə məsuliyyət daşıyır:

"Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək.

Hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaqdır".

A.Nağıyev bildirib ki, bu günlərdə keçmiş millət vəkili İlham Əliyevin övladının toyundan yayılan kadrlarda həmin tədbirin qapalı məkanda keçirildiyi və xeyli adamın da iştirak etdiyi görünür ki, bu da aşkar şəkildə karantin qaydalarının pozulmasıdır: "Uzun illərdir dövlət strukturlarında rəhbər vəzifələr tutmuş şəxslərin bu dərəcədə səhlənkar davranışı yolverilməzdir."

Deputat qeyd edib ki, bizim hər birimiz belə hallara qarşı barışmaz mövqə göstərməli, qanun karatin qaydalarına ciddi şəkildə əməl edərək xalqımızın, dövlət müstəqilliyimizin qorunmasına çalışmalıyıq. Biz yalnız bir mövqedə-dövlətçilik mövqeyində olmaqla müstəqilliyimizi və xalqımızın təhlükəsiz, firəvan həyatını təmin edə bilərik.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər