Sizin Reklam Burada

Bu anarxiyanın, özbaşınalığın qarşısı alınmalıdır - ALDP sədri

Bu anarxiyanın, özbaşınalığın qarşısı alınmalıdır - ALDP sədri
Operativ Qərargahın qərarına əsasən COVİD-19 görə Azərbaycanda mart ayından toy-nişan mərasimlərinin keçirilməsinin qadağan edilməsinə baxmayaraq, qaydanı pozanlar da var. Mətbuatdan tanış olan informasiyalara görə valideyinlər övladları üçün toy-nişan məclisləri keçirirlər. Cərimələrə baxmayaraq xeyli valideynlər var ki, uşaqların bu xoş gününü, toy-nişan gününü keçirmək istəyirlər. Cərimə olanların isə bir cərqəyə düzüb şəkillərini çəkib ictimayiləşdirirlər”.

Bunu Versus.Az-a bir neçə hökumət adamının karantin qaydalarını pozaraq toy mərasimi keçirmələri və iştirakları ilə bağlı açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri (ALDP) Fuad Əliyev bildirib.

Karantin qaydalarına zidd hərəkət edənlər arasında məşhurların, vəzifəli şəxslərin olmasının ictimaiyyətdə təəccüb, maraq və hiddətlə qarşılandığını deyən ALDP sədri misal olaraq bu günlərdə Ramiz Mehdiyevin, Hadı Rəcəblinin, İcra başçısının nəvələrinin, uşaqlarının toy məclisinin şəkillərinin sosial şəbəkələrdə paylaşılmasını qeyd edib:

“Bu şəkillər cərimə olunanların şəkillərindən fərqli idi. Əgər toy mərasimlərinin keçirilməsinə icazə varsa, bu icazə hər kəsə şamil edilməlidir. Amma göründüyü kimi, Azərbaycanda qanun bir məmur üçün deyil, adi vətəndaş üçün yazılıb. Necə olur ki, öz həyətində ad günü, toy-nişan keçirənlərə deyirlər ki, bu məclisdir və buna görə həmin məclisi dağıdırlar, iştrakçılara cərimə yazırlar, amma bu məmurların keçirdikləri məclisi toplantı adlandırılar? Bu nə cavabdır? Operativ Qərargahın qərarına əsasən toplantıların keçirilməsi qadağandır. Belə olmasa idi, onda niyə partiyalar onlayn qurultay keçirirlər?”

F.Əliyevin fikrincə, o zaman belə çıxır ki, bu adamların hamısı dövlət başçısına “meydan oxuyurlar”:

“Yəqin ki, bunlar demək istəyirlər ki, “heç kimi saymırıq, qanunları saymırıq, nə istəyirik edirik və bundan sonra da edəcəyik”. Bu anarxiyanın, özbaşınalığın qarşısı alınmalıdır. Onların barəsində ölçü qötürülməlidir. Çünki vətəndaşlar istər-istəməz qanunu pozanlardan yox, dövlət başçısından narazı olurlar”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər