10 avq 10:39Sosial

"Karantin rejiminin yumşaldılması bizi daha da məsulliyyətli etməlidir"

"Karantin rejiminin yumşaldılması bizi daha da məsulliyyətli etməlidir"Rəşad Rəhmanov
YAP Siyəzən rayon təşkilatının sədr müavini

Bu gün COVİD-19 bəlası dünyanın bəlasına çevrilib, milyonlarla insanı təhlükə ilə üz-üzə qoydu. Tarix boyu bir çox epidemiyalar yaşanmış, ağır və dərin izlər qoymuşdur. Müasir dövrdə baş vermiş bu pandemi bir daha göstərdi ki, zaman keçsə də elm, texnologiya inkişaf etsə də belə tip xəstəliklər həmişə böyük məsuliyyət, diqqət tələb edir. Bu gün bütün inkişaf etmiş dövlətlər, o cümlədən Azərbaycan da COVİD-19 pandemisi ilə ciddi sınaq verməli oldu. Təəssüf ki, bütün pandemilərdə olduğu kimi 2020-ci ildə baş vermiş bu bəla da itkisiz ötüşmədi və hələ də davam etməkdədir.

İlk vaxtlar buna hazır olmayan dövlətlər, insanlar məsələnin ciddiliyini tam anlamıyla dərk etmirdilər. Amma hazırda yeni tipli xəstəxanalar tikilir, inkişaf etmiş dövlətlər öz təcrübələrini bir-biri ilə paylaşır, yardım göstərir.

Azərbaycan ilk günlərdən bu istiqamətdə güclü tədbirlər həyata keçirdi. Dünya Səhiyyə Təşkilatının keçirdiyi müzakirələrdə Azərbaycan da öz tədbirləri ilə nümunəvi dövlətlər sırasında öz yerini aldı. Paytaxtda, eyni zamanda regionlarda xüsusi xəstəxanalar təşkil olundu, sərt karantin rejimi tətbiq olundu. Təhsil onlayn sistemə keçdi. Bir çox təşkilatlar öz işlərini ev şəraitindən həyata keçirməyə başladı. Bəzi iş yerlərinin dayandırılması ilə əlaqədar dövlət əmək haqlarının ödənilməsini tam təmin etdi, sahibkarlığa ziyan dəyməsinin qarşısını almaq üçün xüsusi yardımlar göstərilməsi dövlət tərəfindən tam təmin olundu. İşsiz vətəndaşlarımız da dövlət qayğısından kənarda qalmadı. Onlar üçün də dövlət tərəfindən maddi yardımlar tətbiq olundu.

Bütün bunlarla yanaşı bu pandemiyanı ciddi qəbul etməyən, dövlət tərəfindən müəyyən edilmiş qaydaları pozan, məsuliyyətsiz davranan insanlar da var. Biz verilmiş qaydalara ciddi riayət etsək tez bir zamanda hər şeyə qalib gələ bilərik. Sevindirici haldır ki, yoluxmaların sayı azaldıqca, sağalanların sayı artdıqca vəziyyətin normallaşmasına olan ümidlər də çoxalır. Əminəm ki, hamı həyatın əvvəlki axarına düşməyini, hər gün işinə getməyi, şagirdlər təhsilə davam etməyi, müəllimlər şagirdlərinə qovuşmağı səbirsizliklə gözləyir. Pandemi və sərt karantin rejiminin gətirdiyi məhdudiyyətlər bir daha sağlığın, normal həyatın, təmiz havanın, insan üçün darıxan təbiətin, parkların, hər gün getdiyimiz işin nə qədər dəyərli olduğunu bizə göstərdi. Əziz insanlarımız bilməlidir ki, bunlara qovuşmaq uzaq deyil, hər şey bizdən asılıdır.

Karantin rejiminin yumşaldılması bizi daha da məsulliyyətli etməlidir. Biz qoyulmuş qaydalara ciddi əməl etməliyik ki, yoluxma halları bir daha baş verməsin. Hər bir vətəndaş öz məsuliyyətini dərk etməli, özünü, ailəsini, yaxınlarını qorumalıdır. Bu o qədər də çətin deyil. Maskanızı taxın, sosial məsafəni gözləyin, insanların çox olduğu yerlərdən uzaq durun. Sadə qaydalara əməl etməklə hər kəs özünü, ailəsini qoruyarsa, hamı düzgün şəkildə davranarsa bu xəstəlik bitər. Gəlin hamımız məsulliyyətli olaq. Qoy həyat əvvəlki kimi gözəl və anlamlı olsun. Gözəl günlərə qovuşmaq hər bir insanın özündən asılıdır.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.