Sizin Reklam Burada

Ali Məhkəmə Rəsul Cəfərova bəraət verdi

Ali Məhkəmə Rəsul Cəfərova bəraət verdi
Bu gün Ali Məhkəmənin plenumunda İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun cinayət işi üzrə verilən şikayətə baxılıb.

Avrasiya.net xəbər verir ki, prosesdə qərar elan olunub. Qərara əsasən, onun barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov 2014-cü ilin avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. R.Cəfərov barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan olunub. Bakı Apellyasiya Məhkəməsində R.Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə cinayət tərkibinə xitam verilib. Onun cəzasından 3 ay çıxılıb və barəsində 6 il 3 ay müddətinə cəza saxlanılıb (apa).

Xatırladaq ki, R.Cəfərov Prezident İlham Əliyev 2016-cı il martın 17-də imzaladığı Əfv Sərəmcamı ilə azadlığa buraxılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər