Sizin Reklam Burada

Milyarder Fərhad Əhmədov bir kəndi susuz qoyub? - FOTOLAR

Milyarder Fərhad Əhmədov bir kəndi susuz qoyub? - FOTOLARGöyçay rayonu, Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu Avrasiya.net-ə yazaraq iş adamı milyarder Fərhad Əhmədovun kənddə olan Yekəxana su hövzəsini zəbt edərək, əhaliyə su verməməyindən şikayətlənib.

O, bununla bağlı dövlət başçısına saytımız vasitəsilə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Müraciət
Hörmətli Prezident!

Siz daim xalqımızı düşünür, insanların daha yaxşı yaşaması üçün çalışırsınız.Ancaq bəzi yaramaz insanlar var ki, öz maddi maraqlarına görə əhaliyə zülm yaşadırlar.
Belə ki, iş adamı milyarder Fərhad Əhmədov yaşadığım Göyçay rayonu Qaraməryam kəndinin həyətyanı sahələrinin suvarılma rəsmən su mənbəyini olan, Yekəxana gölü kimi tanınan su hövzəsini qanunsuz olaraq zəbt edib, çay suyunun kəsib kənd əhalisinin əkin sahələrinin suvarılmasına maneə yaradıb.

Möhtərəm Prezident! Belə firəvan, günbəgün inkişaf edən bir respublikanın vətəndaşı olduğum üçün özümü çox xoşbəxt sayır və sizə öz təşəkkürümü bildirmək istəyirəm.

Ailəmizin yeganə dolanışıq yeri olan ailəmizə məxsus torpaq sahələrinin suvarılmasında Fərhad Əhmədovun balıq gölünə görə əziyyət çəkirik və kifayət qədər meyvə ağaclarımızın quruması nəticəsində külli miqdarda maddi ziyanlıq çəkirik. Həmin ərazidə Fərhad Əhmədov silahlı mühafizəçilər saxladığından biź ora yaxın düşüb sözümüzü deyə bilmirik. Xahiş edirəm problemin həll olunmasında köməklik göstərəsiniz.

Hörmətli Prezident!

Təki milyarder Fərhad Əhmədovun Qaraməryam kəndindəki göldə saxladığı farel, osetrin və digər balıqlar ölməsin, biz camaat susuzluqdan ölsək də olar, meyvə ağaclarımız qurusada olar.

İş adamı Fərhad Əhmədovun şəxsi silahlarını yanında gəzdirən balıq gölünün mühafizəçinin olduğundan yaxın düşə bilmirik qorxuruq ki, bizi öldürər. Hazırda Fərhad Əhmədovun hegemonluğuna görə Qaraməryam kənd camaatı susuzluqdan zülm əziyyət çəkirlər. Fərhad Əhmədov özünü xeyirxah insan kimi cəmiyyətə sıramaq istəsədə o zalım, əcazil bir yaramazdır.

Yaxşı ki, Azərbaycanın prezidenti İlham Əliyevdir. Bizim dayağımız cənab Prezidentimizdir.

Hörmətli Prezident sizdən xahiş edirəm Qaraməryam kənd sakinlərinə zülm əziyyət vrən Fərhad Əhmədovun balıq gölünün qanunsuz zəbt etdiyi su mənbəyinin açılmasına tapşırıq verəsiniz.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Milyarder Fərhad Əhmədov bir kəndi susuz qoyub? - FOTOLAR
Milyarder Fərhad Əhmədov bir kəndi susuz qoyub? - FOTOLAR
Milyarder Fərhad Əhmədov bir kəndi susuz qoyub? - FOTOLAR

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər