Sizin Reklam Burada

Həbslər gedən Neftçala İH-nin vəzifəliləri kimlərdir?

Həbslər gedən Neftçala İH-nin vəzifəliləri kimlərdir?Ötən gün səhər saatlarından başlayaraq Dövlət Təhlükəsizliyi Xidməti Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat aparır.

Axar.az xəbər verir ki, DTX əməliyyatla bağlı ilkin məlumatda həbslər aparıldığına vurğu edib. Bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bu məlumatın ardınca Prezident İlham Əliyevin rayon İH başçısının rəhbəri İsmayıl Vəliyevi vəzifədən azad etməsi də təsadüfən deyildi. Xatırladaq ki, analoji hal Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev də əməliyyat keçirilən gün vəzifədən azad edilmiş və həbs olunmuşdu.

DTX-nın məlumatında “İcra Hakimiyyətinin vəzifəli şəxsləri” ifadəsi isə bir neçə şəxs barəsində araşdırma getdiyini təsdiqləyir.

Qeyd edək ki, Neftçala Rayon İcra Hakimiyyəti başçısının birinci Vurğun Nizami oğlu Əkbərov, digər müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Zakir qızı Sadıqovadır. Baş mühasib Eyvaz Əliyev, başçının köməkçisi Natiq Kazımovdur.

Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, Hüquq şöbəsinin müdiri Sadiq Abbasov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyevdir.

Xatırladaq ki, ətraflı rəsmi məlumatın yaxın müddətdə yayılacağı gözlənilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər